SİYASƏT
BAKIDA TÜRKDİLLİ DÖVLƏTLƏRİN PARLAMENT ASSAMBLEYASI BAŞ KATİBLİYİNİN TOPLANTISI KEÇİRİLƏCƏKDİR
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 4-də Bakıda Türkdilli Dövlətlərin Parlament Assambleyası Baş Katibliyinin toplantısı keçiriləcəkdir. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda türkdilli dövlətlərin bir araya gəlməsində əvəzsiz xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edəcəklər. Sonra nümayəndə heyətləri Milli Məclisdə toplaşacaqlar.
Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransı 2008-ci il noyabrın 20-dən 22-dək İstanbulda keçirilmişdir.
Birinci konfransda Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibliyi yaradılmış, qurumun Təsis Sazişi imzalanmışdır.