Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda Ümumdünya Ərzaq Gününə həsr edilən tədbir keçirilib YENİLƏNİB VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva tədbirdə iştirak edib

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da ADA Universitetində IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva tədbirdə iştirak edib.

Bu il Ümumdünya Ərzaq Günü “Miqrasiyanın gələcəyini dəyişək: Ərzaq təhlükəsizliyinə və kənd yerlərinin inkişafına sərmayə qoyaq” mövzusuna həsr olunub.

Əvvəlcə Leyla Əliyeva ADA Universitetində Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının fəaliyyət istiqamətlərinə aid nəşrlərin nümunələri, kataloq və bukletlərdən ibarət sərgi ilə tanış olub.

Tədbir Ümumdünya Ərzaq Gününə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

FAO-nun xoşməramlı səfiri Leyla ƏLİYEVA tədbirdə çıxış edib.

Ümumdünya Ərzaq Gününün əhəmiyyətini vurğulayan xoşməramlı səfir ərzaq təhlükəsizliyinin və kənd yerlərinin inkişafının dünyada sülhün, sabitliyin və davamlılığın təmin edilməsi üçün vacib amil olduğunu diqqətə çatdırıb, bu sahədə mövcud problemlərin isə münaqişəyə, aclığa və kütləvi miqrasiyaya yol aça biləcəyini bildirib.

“2030-cu il Davamlı İnkişaf üzrə Gündəliyin ilk iki məqsədi məhz yoxsulluq və aclığa son qoyulmasını nəzərdə tutur. Bu, ümumi anlayışı ifadə edir ki, məhz həmin hədəflərə çatmadan biz sülhsevər, inklüziv və davamlı cəmiyyətlər qura bilmərik. Qurduğumuz cəmiyyətlərdə insanlar sağ qalmaq üçün öz evlərini tərk etmək məcburiyyəti qarşısında qalmamalı, bu, onların öz seçimi olmalıdır. Miqrant axını qeyri-bərabər inkişafla sıx şəkildə əlaqəlidir. Dünya əhalisinin demək olar ki, yarısı və dünyadakı yoxsulların 75 faizi kənd yerlərində yaşayır və kənd təsərrüfatından asılıdır. Buna görə də təkcə kəndlərin inkişafına investisiya yatırmaqla biz milyonlarla insanın bu ərazilərdən getməsinin qarşısını ala bilərik. Bununla belə, miqrasiyanın gələcəyini dəyişdirmək o demək deyil ki, biz sadəcə olaraq kənd təsərrüfatının hər hansı formada inkişafına hədəflənməliyik. Yalnız iqlim əsaslı ağıllı kənd təsərrüfatına investisiya yatırmaqla biz kəndlərin inkişafını dəyişdirə və onu daha davamlı edə bilərik”, - deyə Heydər Əliyev Fondunun vitse-prezidenti vurğulayıb.

Leyla Əliyeva rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyəti, ötən altı ildə görülən işlər, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlı inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən layihələrdən danışaraq deyib: “Son 6 il ərzində biz bir çox layihələr həyata keçirmişik və yaxşı nəticələr əldə etmişik. Bəzi layihələrimizə Azərbaycanda 5 milyon ağac əkilməsi, nəsli kəsilmək təhlükəsi altında olan heyvanların qorunması, elmi laboratoriyaların yaradılması, şagirdlər və tələbələr üçün dərslərin təşkili, kitabların çap edilməsi və ətraf mühitlə bağlı məlumatlılığı artırmaq üçün müxtəlif sərgilərin təşkili daxildir. Əlbəttə ki, biz bütün layihələrimizə çox kreativ şəkildə yanaşmağa çalışmışıq. Lakin biz anlayırıq ki, zaman əleyhimizə işləyir və indi hərəkətə keçmək çox vacibdir.

Bu gün mən sizə IDEA-nın xüsusilə ərzaq təhlükəsizliyi, kəndlərin inkişafı, eyni zamanda, ətraf mühit məsələləri ilə bağlı olan bir neçə layihəsi barədə daha çox məlumat vermək istərdim. Bir neçə ay əvvəl FAO ilə əməkdaşlıq çərçivəsində İsmayıllı rayonunda aztəminatlı Azərbaycan vətəndaşları üçün meyvə bağlarının salınması üzrə birgə layihəyə start verildi. Mən məmnunam ki, təkcə üç gün bundan əvvəl, biz Şəmkir rayonunda bu layihənin həyata keçirilməsinə uğurla başladıq. Yaxın bir neçə həftə ərzində biz Azərbaycanın daha yeddi rayonunda bu layihəyə başlamağı planlaşdırırıq və ümidvarıq ki, gələcəkdə ölkənin digər ərazilərini də əhatə edəcəyik. Məqsəd aztəminatlı ailələrin rifahını yaxşılaşdırmaq və onlara davamlı şəkildə gəlir əldə etməyə kömək göstərməkdir.

Ətraf mühitin vəziyyətinə töhfə vermək, eləcə də ondan asılı olan kənd icmalarına yardım etmək üçün daha bir səy göstərərək ötən il IDEA Kür çayının deltasının təmizlənməsi üzrə çoxaspektli layihənin icrasına başladı. Bu layihə balıq ehtiyatları, suyun keyfiyyəti və bütünlükdə, çayətrafı ərazilərdə ekologiyanın yaxşılaşdırılması məqsədi daşıyır.

Bu gün bizim dünyaya güclü mesaj göndərmək imkanımız var: Miqrasiyanın gələcəyini dəyişin - ərzaq təhlükəsizliyi və kəndlərin inkişafına investisiya yatırın. Mən inanıram ki, birlikdə hərəkət edərək biz böyük dəyişikliyə nail ola, həmçinin özümüzü dəyişdirməklə hər birimiz dünyaya böyük təsir edə bilərik”.

Kənd təsərrüfatı naziri Heydər ƏSƏDOV çıxış edərək bildirib ki, belə beynəlxalq tədbirlərin təşəbbüskarı olan Azərbaycanın siyasi rəhbərliyi bu tədbirə də öz töhfəsini verib. Beynəlxalq statistikaya görə, dünya əhalisinin 800 milyondan çoxunun aclıqdan əziyyət çəkdiyini, qeyri-rəsmi statistikada isə bu rəqəmin 2 milyard təşkil etdiyini deyən Heydər Əsədov bildirib ki, bu fakt hər bir ölkənin ərzaq təhlükəsizliyinə xüsusi töhfə verməli olduğunu göstərir. Dünyada miqrasiya sahəsində statistikanın nikbin olmadığını, miqrasiyanın artmasının ərzaq təhlükəsizliyinə mənfi təsir göstərdiyini deyən Heydər Əsədov bu problemin Azərbaycana tanış olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkəmiz bu problemi demək olar ki, öz daxili gücü hesabına həll edir. Nazir vurğulayıb ki, Azərbaycan hökuməti dünyanın üzləşdiyi bu cür çağırışlarda hər zaman fəal iştirak edir, miqrasiyaya səbəb olan ölkələr isə bu gün miqrantları qəbul etmirlər.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk ÇAKMAK təşkilatın 1945-ci ildə yaranması günü olan 16 oktyabr tarixinin Ümumdünya Ərzaq Günü kimi dünyanın 150-dən çox ölkəsində qeyd edildiyini deyib. O, dünyada artan münaqişə və qeyri-sabitlik səbəbindən bir çox insanların evlərini tərk etmək məcburiyyəti qarşısında qaldıqlarını bildirərək, miqrasiyanın mənfi təsirləri, FAO-nun fəaliyyəti haqqında danışıb. Qeyd edib ki, 2030-cu ildə aclığın sıfıra endirilməsi məqsədinə nail olmaq miqrasiya problemini həll etmədən mümkün deyil. Son 10 ildə aclıqdan əziyyət çəkənlərin sayının yenidən artdığını bildirən Mələk Çakmak 2050-ci ildə sayı 10 milyarda çatacaq dünya əhalisinin qida təhlükəsizliyinin təmin edilməsi məsələsinin gündəmdə olduğunu, bu istiqamətdə strategiyaların hazırlandığını deyib.

Təşkilatın Azərbaycandakı təmsilçisi qurumla məhsuldar tərəfdaşlığa görə Prezident İlham Əliyevə FAO adından təşəkkürünü bildirib. O, təşkilatın mesajlarının dünyaya çatdırılması istiqamətində FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın səylərini də xüsusi qeyd edib.

“Bu gün bir çox insan qida məhsullarına çıxış əldə etməkdə çətinlik çəkir. Bunun əsas səbəblərindən biri də miqrasiyadır”. Bu sözləri isə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan AKTOPRAK deyib. O, miqrasiyanın ərzaq təhlükəsizliyinə, ərzaq təhlükəsizliyinin isə miqrasiyaya təsirindən danışıb. Vurğulayıb ki, bu gün belə problemlərin qarşısını almaq üçün səylər birləşdirilməli, əməkdaşlıq gücləndirilməlidir.

Serhan Aktoprak Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə miqrasiya idarəçiliyində böyük nailiyyətlərin qazanıldığını diqqətə çatdıraraq ölkəmizin digər dövlətlər üçün nümunə olduğunu, bu təcrübənin öyrənilməsinin vacibliyini qeyd edib.

Sonra FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomüraciəti nümayiş olunub.

Daha sonra “Azərbaycanda aztəminatlı ailələr üçün meyvə bağlarının salınması” layihəsinə dair videoçarx təqdim edilib.

Tədbir “Miqrasiyanın iqtisadi və siyasi tərəfləri: kənd təsərrüfatına və ərzağa təsirləri” mövzusunda panel müzakirələri ilə davam edib.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun sədrliyi ilə keçən panel müzakirələrində ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafı baxımından miqrasiyanın yaratdığı çağırışlar və imkanlar haqqında məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Bakıda Ümumdünya Ərzaq Gününə həsr edilən tədbir keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib