MƏDƏNİYYƏT
Bakıda Ümumdünya Turizm Günü qeyd olunub VİDEO
Bakı, 27 sentyabr (AZƏRTAC). Sentyabrın 27-də Bakıda Ümumdünya Turizm Gününə həsr olunmuş bir sıra tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qız qalasının yanında “Cəngi” caz qrupunun konserti olub. Kollektivin bədii rəhbəri Əməkdar Artist Mircavad Cəfərovdur. Qrupun ifasında Q.Qarayev, A.Məlikov, V.Motsart, F.Şopen, D.Gillespi və başqa bəstəkarların əsərləri səsləndirilib.
Fəvvarələr meydanında və Filarmoniya bağında da müxtəlif estrada ifaçılarının konsertləri olub.
Artistlərin çıxışları bakılılar və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [20:25]
Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb
- 06.05.2024 [19:22]
Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib
- 06.05.2024 [18:17]
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
- 06.05.2024 [17:23]
Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri
- 06.05.2024 [16:50]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
- 06.05.2024 [15:43]
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir
- 06.05.2024 [15:31]