Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda Vyetnam şairinin “Gün doğarkən” adlı şeirlər kitabının təqdimatı olub

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakıda görkəmli Vyetnam şairi, yazıçı və tərcüməçi May Van Fanın “Gün doğarkən” adlı şeirlər kitabının onlayn təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, onlayn təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı əsərləri bir çox dillərə tərcümə olunmuş görkəmli Vyetnam şairi May Van Fanın bu günlərdə Azərbaycanda nəşr olunmuş “Gün doğarkən” adlı şeirlər kitabının məzmunundan söz açıb. O, vyetnamlı şairin Azərbaycanda ilk kitabı olan “Gün doğarkən”in ilk təqdimatının Milli Məclisinin Mədəniyyət Komitəsinin, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə baş tutduğunu bildirib.

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxışında Azərbaycanla Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin qurulmasında və inkişafında vaxtilə Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana (1959-cı il) və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vyetnama (1983-cü il) səfərinin xüsusi önəm kəsb etdiyini vurğulayıb. Həmin səfərlərin iki xalq arasında tarixi və mədəni əlaqələrin önəmli səhifəsini yaratdığını qeyd edən Q.Paşayeva Sovet dönəmində yüzlərlə vyetnamlı tələbənin Azərbaycanın ali təhsil ocaqlarında oxuduğunu, onların çoxunun hazırda Vyetnamın dövlət və hökumət strukturlarında müxtəlif vəzifələrində çalışdığını da bu dostluğun bəhrəsi kimi dəyərləndirib.

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin 1992-ci il sentyabrın 23-də qurulduğunu, 2013-cü ildən Azərbaycanın Vyetnamda səfirliyinin fəaliyyət göstərdiyini xatırladan Q.Paşayeva bunun iki ölkə arasındakı diplomatik münasibətlərin irəliləyişinə səbəb olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfərinin, bu ölkənin o dövrdəki Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfərinin iki ölkənin əlaqələrinin tarixində yeni səhifələr açdığını, eləcə də mədəniyyət sahəsində əməkdaşlığa ciddi töhfələr verdiyini vurğulayıb.

Hər iki ölkənin müvafiq nazirlikləri və digər qurumları arasında birbaşa əlaqələrin qurulmasını qeyd edən deputat, Vyetnam Milli Assambleyasında Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupu, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, habelə Azərbaycan Elmi, Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib.

Q.Paşayeva görkəmli Vyetnam şairi May Van Fanın ölkəmizə münasibətində əsil ziyalı kimi dürüst mövqe tutduğunu bildirib: “May Van Fan məhz o vicdanlı şairlərdəndir ki, 44 günlük müharibə vaxtı Azərbaycanın haqlı davasına mənəvi dəstək nümayiş etdirdi. Özbəkistanın nüfuzlu “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin təşəbbüsü ilə müharibə dövründə hazırlanmış müvafiq Bəyanata imza atan tanınmış şairlərdən biri də May Van Fan idi”.

May Van Fanın “Gün doğarkən” kitabındakı şeirlərinin tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Məsləhət Şurasının üzvü, şair-tərcüməçi Afaq Şıxlı da Vyetnam şairi May Vay Fanın yaradıcılığını yüksək qiymətləndirib, onun ictimai xadim kimi daim obyektiv mövqeyi ilə fərqləndiyini vurğulayıb, şairin Vətən müharibəsində imzaladığı Bəyanatdan sitat gətirib: “Biz - şairlər və yazıçılar müharibələrə qarşı olsaq da, sizin fərqli durumunuz hər birimizi düşünməyə vadar edir. Siz kiminsə torpaqlarını zəbt etmirsiniz. Siz öz ölkənizdə, öz torpaqlarınızı azad etmək üçün döyüşürsünüz. Həqiqətsevər siyasətçilərin də dediyi kimi, Sizin başqa çıxış yolunuz yoxdur. Bilirik ki, Azərbaycanın və Azərbaycan xalqının gələcəyi naminə bu addımı atmalı idiniz. Biz Sizi və Sizin xeyirxah xalqınızı ürəkdən dəstəkləyirik!”.

Şairin əsərlərinin dünyada 40-a yaxın dilə tərcümə edildiyini qeyd edən Afaq Şıxlı May Van Fanın şeirlərində Vyetnam xalqı ilə yanaşı, bütün insanlığa ünvanlanmış ismarıclar olduğunu bildirib.

Deputatlar -Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli, həmin işçi qrupunun üzvü İltizam Yusifov iki ölkə arasında münasibətlərin yeni istiqamətdə inkişafında parlamentlərarası, habelə mədəni əlaqələrin özünəməxsus yeri, rolu haqqında danışıblar. Deputatlar May Van Fanın “Gün doğarkən” kitabının nəşrini qarşılıqlı mədəni, ədəbi əlaqələrdə önəmli hadisə kimi dəyərləndiriblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu Avrasiya Mətbuat Fondunda təcrübə keçən vyetnamlı gənc bir qızın köçkünlərlə görüşdən təsirləndiyini, yolboyu kədərli düşüncələrə qərq olaraq onların taleyini düşündüyünü bildirib. U.Rəhimoğlu bu hadisənin Vyetnam xalqı ilə Azərbaycan xalqı arasındakı xoş ünsiyyətin bir örnəyi olduğunu vurğulayıb.

Şair May Van Fan çıxışında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya təşəkkür edib, kitabının nəşrində və təqdimatında əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən vyetnamlı ziyalılar - Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri, Elm və Texnologiya nazirinin keçmiş müavini, Vyetnam Milli Assambleyasının keçmiş üzvü Nghiem Vu Khai, şair-tərcüməçi, Rusiya Federasiyası Elmlər Akademiyasının əməkdaşı Dr. Nguyen Quoc Hunq görkəmli şair May Van Fanın “Gün doğarkən” kitabının nəşrini Azərbaycan-Vyetnam əlaqələrinə dəyərli töhfə kimi dəyərləndirib, bu ədəbi əlaqələrin gələcəkdə daha da genişlənməsi haqqında arzularını dilə gətiriblər. Öz ölkəsində çox sevilən şair May Van Fanın Azərbaycanda da tanınmasından və oxunmasından fərəh duyduqlarını vurğulayıblar. Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri Nghiem Vu Khai Sovet dövründə Azərbaycanda ali təhsil aldığını, o vaxtdan Azərbaycan xalqına böyük sevgilərlə bağlandığını söyləyib.

Vaxtı ilə şairin 10 şeirini Azərbaycan dilinə çevirən DGTYB Məsləhət Şurasının üzvü, ədəbiyyatşünas, şair-tərcüməçi Dos.Dr. Təranə Turan Rəhimli bu şeirlərin Azərbaycan, Vyetnam və Belçika mətbuatında nəşr edildiyini bildirib. May Van Fan poeziyasında Vyetnam təbiətinin və əməksevər insanının dolğun panoramını görən Təranə Turan bu gözəl şeirləri Azərbaycan oxucularının maraqla oxuyacağına və Vyetnamla ədəbi əlaqələrimizin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, ADPU Quba filialının əməkdaşı Səmayə xanım Hacıyeva çıxış edərək May Van Fanı “Gün doğarkən” kitabının nəşri münasibətilə təbrik edib, şairə yeni yaradıcılıq uğurları arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın REPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”