Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı işə başlamışdır

Bakı, 6 iyun (AZƏRTAC). İyunun 6-da “Hilton Baku” otelində XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı işə başlamışdır.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək konfransda 500-dən çox nümayəndə iştirak edir.

Konfransda Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov və İTE Group PLC şirkətinin baş məsləhətçisi Endrü Vud çıxış edərək iştirakçıları salamlamış, sərgi və konfransın işinə uğurlar arzulamışlar.

“Xəzər regionunun qızıl əsri” mövzusunda keçirilən birinci sessiyada çıxış edən Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov bildirmişdir ki, Azərbaycan özünün əlverişli coğrafi mövqeyinə, dünyamiqyaslı təbii ehtiyatlarına və potensialına əsaslanaraq, Avropanın və digər qitələrin ölkələri, dünyanın tanınmış iqtisadi, maliyyə qurumları və şirkətləri ilə geniş əməkdaşlığını davam etdirir. Bu əməkdaşlığın nəticəsidir ki, artıq Xəzər dənizindən Avropa bazarlarına nəql marşrutları reallaşdırılmışdır və hazırda yeni mühüm layihələrin həyata keçirilməsinin mümkünlüyü təhlil edilir. Hazırda Azərbaycanın neft-qaz sənayesi öz inkişafının ən mühüm dövrünü yaşayır. Ölkənin neft-qaz sahəsinə böyükhəcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində neft hasilatı 1991-ci ildən bəri beş dəfə, qaz hasilatı isə dörd dəfədən çox artmışdır. 2004-cü ildən etibarən respublikamızda iqtisadi artım 300 faizdən çox olmuşdur ki, bu da olduqca ciddi irəliləyişdir. Bu artımın ən böyük hissəsi neft və qaz sektorunun payına düşür.

R.Məmmədov diqqətə çatdırmışdır ki, 2011-ci ildə Azərbaycanın investisiya proqramının böyük hissəsi dövlət hesabına həyata keçirilmiş və bunun nəticəsində valyuta ehtiyatlarımız artmışdır.

İlk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatmışdır. Azərbaycan birbaşa investisiya qoyuluşuna görə dünyada lider ölkələrdən biridir. Son 15 ildə Azərbaycana qoyulan xarici investisiyalar 120 milyard dollara çatmışdır. Artıq bu gün Azərbaycan xarici ölkələrdə investisiya proqramlarını həyata keçirir. İndi Azərbaycanda daxili investisiyalar xarici investisiyaları üstələyir. Belə ki, 20 milyard investisiyanın 13 milyardı daxili investisiyalar, 7 milyardı isə xarici sərmayələrdir. Azərbaycan qısa vaxtda maliyyə ehtiyatlarını böyük həcmdə artırmağa müvəffəq olmuşdur. Ölkədə təsdiq olunmuş neft ehtiyatları 2 milyard ton, qaz ehtiyatları isə 2,6 trilyon kubmetr həcmindədir. Bu gün Azərbaycan nefti dünyanın 24-dən çox ölkəsinə ixrac edilir. Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstan Azərbaycan qazının alıcıları sırasındadır.

Ötən il yeni zəngin ehtiyatları olan qaz yataqlarının aşkarlandığını deyən R.Məmmədov qeyd etmişdir ki, “Abşeron” qaz yatağında uğurlu kəşfiyyat işləri aparılmış və ilkin məlumatlara görə, bu yataqda 350 milyard kubmetr qaz ehtiyatlarının mövcudluğu müəyyənləşdirilmişdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia qurumun enerji komissarı Günter Ottingerin müraciətini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd olunmuşdur ki, qabaqcıl neft və qaz texnologiyasını tətbiq edən Azərbaycan 20 illik müstəqillik dövründə böyük nailiyyətlər əldə etmişdir. Bu istiqamətdə şəffaf qanunlar qəbul edilmiş və müxtəlif dövlətlərlə uzunmüddətli əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu dövrdə inkişaf edən əməkdaşlıq çərçivəsində beynəlxalq təşkilatların və şirkətlərin Azərbaycana sərmayə yatırmaları üçün münbit şərait yaradılmış və dünyasəviyyəli ARDNŞ ölkənin uzunmüddətli, davamlı iqtisadi inkişafının təmin olunması işinə mühüm töhfələr vermişdir. Azərbaycanın artıq uzunmüddətli strategiyası formalaşmışdır. İqtisadi inkişafı ilə yanaşı, Azərbaycan hər zaman öz zəngin mədəniyyəti ilə seçilmişdir.

Litvanın energetika naziri Arvidas Sekmokas, Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Hasan Murat Mercan, ABŞ Dövlət Departamentinin Avrasiya Enerji məsələləri üzrə xüsusi səfiri yanında baş müşavir Daniel Stein məruzələrlə çıxış etmişlər. Məruzələrdə Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının olduğu diqqətə çatdırılmış, Baltikyanı və Xəzər regionu ölkələrinin mümkün əməkdaşlıq imkanlarından, Avrasiya dövlətlərinin enerji məsələlərindən bəhs edilmişdir.

“Dünya enerji bazarının təminatı” mövzusunda keçirilən ikinci sessiyada ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxış edərək tədbirin əhəmiyyətindən danışmış, konfransın işinə uğurlar arzulamışdır.

Şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məruzə ilə çıxış edərək bildirmişdir ki, Azərbaycan qarşıdakı uzun müddət üçün öz enerji təhlükəsizliyini təmin etmişdir. Azərbaycan, həmçinin regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan xarici neft şirkətləri ilə birlikdə axtarış- kəşfiyyat, qazma, tikinti, neft və qazın hasilatı sahəsində uğurlu nəticələr əldə etmişdir.

X.Yusifzadə demişdir ki, “Azəri-Çıraq-Günəşli” yataqlarının ümumi çıxarıla biləcək ehtiyatları 1 milyard 200 milyon ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir. “Şahdəniz” layihəsi üzrə hasil edilən qaz Gürcüstana və Türkiyəyə ixrac olunur. Artıq layihənin ikinci mərhələsinə hazırlıq işləri yekunlaşmaq üzrədir. “Ümid” yatağında qazılmış ikinci quyunun hasilatı üçün hazırlıq işləri başa çatmışdır. 2011-ci ildə Xəzərin Azərbaycan sektorunda qaz hasilatı 26 milyard kubmetrə çatmışdır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir.

Sessiyada “bp Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir, “Statoil” şirkətinin icraçı vitse-prezidenti Piter Melbay, “OMV” şirkətinin Xəzər regionu üzrə meneceri Volfqanq Şporrer, “Botaş” şirkətinin baş menecerinin müavini Savaş Yanık, “DEPA S.A.” şirkətinin beynəlxalq layihələr bölməsinin rəhbəri Kostantinos Karagiannakos, “Türkmənneft” Dövlət Konserninin sədr müavini Xıdırberdı Mametnazarov, Gürcüstan Neft və Qaz Korporasiyasının müşaviri David Oniani məruzələrlə çıxış etmişlər. Məruzələrdə Xəzərin neft və qaz ehtiyatlarının dünya bazarlarına çatdırılması, Avrasiyanın enerji təminatı məsələlərindən danışılmışdır.

Sonra “Neft-qaz emalı və neft-kimya layihələri” və “Ekologiya və təmiz enerjinin yeni mənbələri” mövzularında keçirilən sessiyalarda müzakirələr aparılmış, məruzələr dinlənilmişdir.

Konfrans işini iyunun 7-də davam etdirəcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır