Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı işini başa çatdırmışdır

Bakı, 7 iyun (AZƏRTAC). XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı iyunun 7-də işini başa çatdırmışdır.

AZƏRTAC xəbər verir ki, konfransın ikinci günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Müstəqillik illərində Azərbaycanda aparılmış geoloji-kəşfiyyat işlərində əldə edilmiş nailiyyətlər” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

Akademik Xoşbəxt Yusifzadə demişdir ki, 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı ölkələrinin məşhur neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanmışdır. Müqaviləyə əsasən, dənizdə suyun dərin sahələrində yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının neft və qaz ehtiyatlarının çıxarılmasına nail olunmuşdur. Bu yataqlarda genişmiqyaslı geoloji-kəşfiyyat işləri aparılmışdır.

Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirilməsi ilə Azərbaycanda neft hasilatı 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 50,7 milyon tona, qaz hasilatı isə 2004-cü ildəki 5 milyard kubmetrdən 2010-cu ildə 26 milyard kubmetrə çatdırılmışdır. İstismarın əvvəlindən bəri “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə 272 milyon ton neft hasil edilmişdir ki, bunun 134 milyon tonu mənfəət nefti kimi Azərbaycanın payına düşmüşdür. Ötən illər ərzində ölkəmizin neft sektoruna 45 milyard ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Bu nailiyyətlər respublikanın dəniz və quru sahələrində aparılmış axtarış-kəşfiyyat işlərinin nəticəsində yeni aşkar edilmiş karbohidrogen yataqlarının sayəsində əldə edilmişdir.

1996-cı ildən bu günədək xarici neft şirkətləri ARDNŞ ilə birlikdə müvafiq sazişlər üzrə dənizdəki 18 sahədə axtarış-kəşfiyyat işləri aparılmış, 11 sahə kəşfiyyata yeni daxil edilmiş, 34 quyuda qazma işləri başa çatdırılmışdır. Bu illər ərzində axtarış-qazma işləri “Qarabağ”, “Əşrəfi”, “Naxçıvan”, “Zəfər”, “Məşəl”, “İnam” və başqa yataqlarda aparılmışdır.

X.Yusifzadə diqqətə çatdırmışdır ki, 1996-2011-ci illərdə Xəzər dənizinin Azərbaycan sektorunda aparılan axtarış-kəşfiyyat qazması nəticəsində müəyyən edilmişdir ki, quyuların 50 faizdən çoxu məhsuldardır.

“Azəri-Çıraq-Günəşli” yataqlarında aparılmış səmərəli kəşfiyyat qazmasının davam etdirilməsi nəticəsində bu blokda neft ehtiyatlarının 510 milyon ton deyil, 1 milyard ton olduğu müəyyənləşdirilmişdir. Axtarış-kəşfiyyat qazması nəticəsində 1999-cu ildə dənizdə aşkar edilmiş “Şahdəniz” yatağında 1 trilyon 200 milyard kubmetr qaz və 240 milyon tondan artıq kondensat ehtiyatı olduğu müəyyənləşdirilmişdir. Bunun sayəsində Azərbaycan qaz ixrac edən ölkəyə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsində respublikamızın neft-qaz sənayesi sürətlə inkişaf etmiş, ARDNŞ beynəlxalq səviyyəli şirkətə çevrilmişdir. Bu özünü ARDNŞ-in istər ölkə daxildə, istərsə də xaricdə reallaşdırdığı layihələrdə əyani şəkildə göstərir.

“bp-Azərbaycan” şirkətinin geoloji kəşfiyyat üzrə vitse-prezidenti Qreqori Rayli “Xəzərin potensialının açılması: Azərbaycanda seysmik nailiyyətlər” mövzusunda məruzə edərək demişdir ki, Xəzər dənizinin Azərbaycan sektorunda aparılan bütün kəşfiyyat-axtarış işləri uğurla nəticələnmişdir. Qazılan quyuların hamısı proqnozu doğrultmuşdur.

“RWE Dea AG” şirkətinin baş geoloqu Yoxen Naet “Azərbaycanda Cənubi Xəzər hövzəsində 3Ö neft sisteminin modelləşdirilməsi” mövzusunda məruzə etmişdir. O bildirmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın neft və qaz sənayesində müasir texnologiyalar sürətlə tətbiq edilir ki, bu da təhlükəsizlik və ekoloji baxımdan olduqca əhəmiyyətlidir.

“Statoil” şirkətinin baş geoloqu Novruz Əhmədov “Mürəkkəb ərazilərin kəşfiyyatı üzrə xüsusi qərarların qəbul edilməsi” adlı məruzəsində diqqətə çatdırmışdır ki, neft və qazın aşkar edilməsi üçün hər hansı bir ərazidə qazma işləri başlamazdan əvvəl həmin ərazi ətraflı öyrənilməli, seysmoloji vəziyyəti dəqiqləşdirilməlidir. Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərin dəqiqliyinin nəticəsidir ki, istismarda olan yataqların heç birində təbii və texnogen hadisə baş verməmişdir.

“Total-Abşeron” şirkətinin geologiya-geofizika üzrə meneceri Bertran Şövalye “Abşeron blokuna uğurlu qayıdış”, “Velosi Asset İntegrity Ltd” şirkətinin idarəetmə üzrə baş mütəxəssisi Stefen Çiaraldi “İri neft-qaz layihələrinin idarə edilməsi”, “bp” şirkətinin yeni texnologiyalar və onların tətbiqi üzrə vitse-prezidenti Endi Breyşou “Nəhəng potensialların texnologiyalar vasitəsi ilə açılması” mövzularında məruzələr etmişlər. Məruzələrdə yeni texnologiyalar, onların tətbiqinin iqtisadi səmərəsi, neft və qazın nəql olunmasında istifadə edilən boruların keyfiyyəti, müəssisələrdə təhlükəsizlik qaydalarına nəzarət və başqa məsələlərə toxunulmuşdur.

Sonra iştirakçılar konfrans çərçivəsində “Regionda investisiya imkanları”, “Nəql” və “Dünya enerji sektorunda dəyişikliklərin Xəzər regionuna təsiri” mövzularında keçirilən sessiyaların işinə qatılmışlar. Sessiyalarda müzakirələr aparılmış, konfransda söylənilən məruzələr təhlil edilmişdir.

Sonda ARDNŞ prezidentinin müşaviri Murad Heydərov və Oksford Enerji Tədqiqatları İnstitutunun baş elmi mütəxəssisi Saymon Pirani konfrans iştirakçılarının suallarını cavablandırmışlar.

Bununla da XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı başa çatmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub