Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi keçirilir YENİLƏNİB - 2 VİDEO

Bakı, 5 dekabr, Elvira Məmmədova, AZƏRTAC

Dekabrın 5-də Bakı Ekspo Mərkəzində informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir – “Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı işə başlayıb. Bununla da “Yüksək Texnologiyalar Həftəsi”nə start verilib.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, ənənəvi olaraq 20 ildən artıq bir müddətdə keçirilən tədbir ölkəmizdə İKT-nin müxtəlif istiqamətləri üzrə əldə olunan mühüm nailiyyətlərin nümayişi, yeni texnologiyalar və həllərlə tanışlıq, iştirakçı xarici ölkə və şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Nazir qeyd edib ki, “Bakutel” sərgi-konfransı müxtəlif ölkələri təmsil edən dövlət və ictimai xadimlərin, aparıcı biznes rəhbərlərinin, mütəxəssislərin, eləcə də İKT sektorunun nümayəndələrinin yeni əməkdaşlıq əlaqələri, qlobal əhəmiyyətli müzakirələr və gələcək inkişaf perspektivlərini müəyyən etməsi üçün əlverişli platformadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən yeni inkişaf strategiyası sayəsində ölkəmiz hazırda sürətli iqtisadi inkişaf tempinə, müasir və dayanıqlı infrastruktura, geniş kommunikasiya imkanlarına və əlverişli investisiya mühitinə malik olan ölkə kimi dünyanın diqqətini özünə cəlb etməkdədir. Bu gün ölkədə İKT potensialının gücləndirilməsi, vətəndaşlara daha keyfiyyətli, rahat və müasir innovasiyaları tətbiq etməklə xidmət göstərilməsi, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, tranzit və regional informasiya magistrallarının yaradılması istiqamətində davamlı işlər görülür.

“Caspian Event Organisers” şirkətinin baş direktoru Edvard Stroon builki sərgidə dünyanın 20 ölkəsini təmsil edən 192 şirkətin iştirak etdiyini deyib. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. E.Stroon qeyd edib ki, iştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır. Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edir. Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirlər.

O, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə xarici ölkələrin milli pavilyonlarla təmsil olunduğunu qeyd edib. “Bu il dünyanın 10 ölkəsi – Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya milli pavilyonlarında innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir”, - deyə Edvard Stroon bildirib.

Daha sonra sahə üzrə beynəlxalq təşkilatların rəhbərləri, xarici ölkələrin nazirləri sərgi ilə tanış olub. Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjao, Regional Rabitə Birliyinin baş direktoru Nurudin Muhitdinov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi, Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Qazaxıstan Respublikasının İnformasiya və Rabitə Nazirliyinin Telekommunikasiya üzrə Komitəsinin sədri Adil Kojihov, Belarus Respublikasının rabitə və informasiyalaşdırma nazirinin müavini Anna Ryabova, Əfqanıstan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Məhəmməd Hadi Hedayati, Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Ümumi İdarənin baş direktoru Hamad Al Mənsuri, "İntersputnik"in baş direktoru Vadim Belov sərgini ziyarət ediblər.

Sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edirlər. Pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunur.

Dörd gün davam edən sərgidə yeni nəsil IT üzrə həll variantları, milli genişzolaqlı İnternet, 4G-5G mobil texnologiyalar, bank texnologiyaları, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunur.

Sərginin işgüzar tədbirlərdən ibarət 4 günlük proqramı da olduqca zəngindir. Sərginin proqramı müxtəlif konfrans və görüşlərdən ibarətdir. Sərginin işgüzar proqramı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yüksək səviyyəli görüş; İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı; “E-Hökumət, E-iştirak və Açıq hökumət üzrə milli potensialın inkişaf etdirilməsi” seminarı; “EU4 Digital: İKT innovasiya şəbəkəsi” üzrə II seminarı; “V Regional İnternet İdarəçilik Forumu”; “Asiya-Sakit okean İnformasiya Magistralı və Trans-Avrasiya Super İnformasiya Magistralı təşəbbüslərinin tətbiqini sürətləndirilməsi” seminarı keçiriləcək.

“Bakutel-2017” sərgisinin ikinci günü “Əlaqəli dünyada yeni imkanlar” mövzusunda konfrans keçiriləcək.

Qeyd edək ki, dekabrın 8-dək davam edəcək sərgi saat 9:00-dan 18:00-dək ziyarətçilərə açıq olacaq. Sərgidə iştirakçı və ziyarətçiləri işgüzar görüşlər, müzakirələrlə yanaşı, müxtəlif əyləncəli proqramlar, sürprizlər, maraqlı müsabiqə və viktorinalar gözləyir.

Bakıda XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi keçirilir YENİLƏNİB - 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək