İQTİSADİYYAT
Bakıda “Yeni erada kapital bazarlarının tənzimlənməsi: Tənzimləyici və bazar institutlarına yenidən baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir
Bakı, 3 sentyabr (AZƏRTAC). Sentyabrın 6-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş “Yeni erada kapital bazarlarının tənzimlənməsi: Tənzimləyici və bazar institutlarına yenidən baxış” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.
QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, 15 ölkədən 100-dən çox nümayəndənin iştirakı gözlənilən konfransda inkişaf etməkdə olan ölkələrin kapital bazarlarında dövlət tənzimlənməsi və bu bazarın peşəkar iştirakçılarının tənzimləyici mühitdə baş verən dəyişikliklərə uyğunlaşması tendensiyaları istiqamətlərində geniş müzakirələr aparılacaqdır.
Konfrans Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi (CMMP) və Avrasiya Fond Birjaları Federasiyasının (FEAS) birgə təşkilatçılığı ilə keçiriləcəkdir.