İQTİSADİYYAT
Bakının bəzi küçələrində piyada keçidləri təşkil olunacaq
Bakı, 11 sentyabr, Elvin Camalov, AZƏRTAC
Piyada təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin Əlibəy Hüseynzadə küçəsi ilə kəsişmələrində nizamlanan piyada keçidlərinin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi aidiyyəti qurumlara təklif göndərib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, müsbət rəy əldə edildikdən sonra qeyd edilən ünvanlarda nizamlanan piyada keçidləri təşkil olunacaq.
Hazırda hər iki ünvanda piyadaların pərakəndə şəkildə xaotik hərəkəti müşahidə edilir. Bu da piyadaların təhlükəsizliyini təmin etməyə imkan verməməklə yanaşı, həm də nəqliyyatın axınında ləngimələrə səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]