İQTİSADİYYAT
Bakının ticarət dövriyyəsinin həcmi artıb
Bakı, 31 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 5,5 faiz artaraq 3 milyard 989,1 milyon manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 2 milyard 52,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,2 faiz artaraq 1 milyard 936,4 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.