REGİONLAR
Balakənli gənclər karyerayönümlü layihə həyata keçiriblər



Balakən, 25 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyi “Könüllülər ili” çərçivəsində gənclərə növbəti layihə təqdim edib.
Nümayəndəliyin rəhbəri Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənclər karyerayönümlü “Peşəkarlarla yan-yana” layihəsi çərçivəsində “Şirniyyat evi”nə gedərək, peşəkar şirniyyatçıdan tort hazırlamağın sirlərini öyrəniblər.
Layihənin məqsədi gənclərin peşə seçiminə kömək etmək, onların asudə vaxtlarının mənalı və səmərəli keçməsinə şərait yaratmaq, gəncləri əməyə, zəhmətə alışdırmaqdır.
İş prosesində gənclər karantin dövrünün tələblərinə uyğun olaraq qoruyucu vasitələrdən istifadə ediblər.
Mərkəzin direktoru belə tədbirlərin davamlı xarakter daşıdığını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.12.2023 [13:13]
Saatlı sakinləri sənədsiz silahlarını polisə təhvil veriblər
- 02.12.2023 [10:28]
Qax şəhərinin küçələrinə asfalt döşənir
- 02.12.2023 [00:51]
Füzulidə “Nar şirəsi” tamaşası nümayiş olunub
- 02.12.2023 [00:30]
Şəkidə avtomobil dərəyə aşıb, xəsarət alan var
- 01.12.2023 [20:15]
Tovuz sakini dəm qazından dünyasını dəyişib VİDEO
- 01.12.2023 [18:07]
Qubada avtomobil su kanalına düşüb VİDEO
- 01.12.2023 [16:54]
Energetika naziri Sabirabadda vətəndaşlarla görüşüb
- 01.12.2023 [16:49]