İQTİSADİYYAT
“BANK OF BAKU” “GÜZƏŞTLİ KREDİTLƏR” KAMPANİYASINA BAŞLAMIŞDIR
Bakı, 17 iyun (AZƏRTAC). «Bank of Baku» ASC «Güzəştli kreditlər» adlı kampaniyaya başlamışdır. Avqustun 30-dək davam edəcək kampaniyadan təhsil və tibb müəssisələrinin işçiləri, bankdan kredit almış və ödənişləri vaxtında həyata keçirmiş müştərilər, həmçinin bankla tərəfdaş şirkətlərin əməkdaşları faydalana biləcəklər.
Təhsil və tibb müəssisələrinin əməkdaşları «Bank of Baku»dan nağd pul kreditini 18 ay müddətinə, 2500 dollaradək, bankla iş tarixçəsi olan müştərilər isə 24 ay müddətinə 4500 dollaradək məbləğdə ala bilərlər.
Bundan başqa, bank «Güzəştli nağd kredit məhsulu»nu əldə edən müştərilərinə daha bir güzəştdən istifadə etmək şansı yaratmışdır. İndi bank kredit müddətinin ilk 6 ayı ərzində yalnız faizləri ödəmək imkanı verir.