İQTİSADİYYAT
Banklararası ödəniş sistemləri vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 131,3 milyard manat olub
![Banklararası ödəniş sistemləri vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 131,3 milyard manat olub](/files/2019/2/1200x630/1564570829536741990_1200x630.jpg)
Bakı, 31 iyul, AZƏRTAC
Bu ilin birinci yarısında Azərbaycanda banklararası ödəniş sistemləri vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 131,3 milyard manat, sayı 25 milyon 378 min ədəd təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 5,1 faiz və 41,3 faiz artım müşahidə olunub.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, Hökumət Ödəniş Portalı (HÖP) üzərindən yarım ildə həyata keçirilən əməliyyatların həcmi 1 milyard 412 milyon manat təşkil edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz çoxdur. Sözügedən əməliyyatların 551 milyon manatı nağdsız qaydada həyata keçirilib. Bu göstərici ötən ilin ilk 6 ayı ilə müqayisədə 3,4 dəfə artıb.