İQTİSADİYYAT
“Baron Oil” şirkəti Peruda 885 milyon barrel xam neft ehtiyatı olduğunu aşkar edib
Bakı, 6 dekabr, Nihad Budaqov, AZƏRTAC
İngiltərənin neft istehsalçısı “Baron Oil” şirkəti Peruda “Blog Z-34” adlandırılan bölgədə 885 milyon barrel xam neft ehtiyatı olduğunu müəyyən edib.
AZƏRTAC xəbər verir ki, Perunun qərbində Talara hövzəsində işlərini davam etdirən “Baron Oil” burada “Union Oil & Gas” şirkəti ilə birgə çalışır.
Peruda aşkar edilən neft ehtiyatından ilkin mərhələdə 413 milyon barrel xam neft çıxarılacağını açıqlayan “Baron Oil” daha sonra buradan 200 milyon və 272 milyon barrel neft çıxarılmasının planlaşdırıldığını bildirib. Şirkət bölgəyə neft platforması göndərməyi nəzərdə tutur.
Bundan başqa, “Baron Oil” “Block 21” adlandırılan bölgədə isə 181 milyon kubmetr təbii qaz və 7,1 milyon barrel xam neft ehtiyatı olduğunu açıqlayıb. Şirkət bu bölgədəki ehtiyatları 2017-ci ilin ortasında çıxarmağa başlayacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]