DÜNYA
Barselonadan Parisə ilk sürət qatarı yola salınmışdır
Bakı, 16 dekabr (AZƏRTAC). Dekabrın 15-dən etibarən İspaniyanın Barselona şəhəri ilə Fransanın paytaxtı Paris arasında sürət qatarı işləməyə başlamışdır. İndi bu şəhərlər arasındakı 1036 kilometr məsafəni 6 saat 30 dəqiqəyə qət etmək mümkündür.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ilk vaxtlar SNC F fransız dəmir yolu şirkəti İspaniyanın Kenfe şirkəti ilə birlikdə xəttə hər gün 5 qatar buraxacaqdır. Noyabrın 28-dən başlayaraq 18 gün ərzində sürət qatarlarına 30 minə yaxın bilet satılmışdır. Biletin qiyməti 59 avrodan 170 avroyadəkdir.
Məlumatlarda qeyd edilir ki, yüksək sürətli bu dəmir yolu xətti nəzərdə tutulduğundan il yarım gec işə salınmışdır. Ləngimənin texniki səbəblərlə bağlı olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [14:46]
Blinken Qüdsdə Netanyahu ilə görüşüb
- 01.05.2024 [14:40]
Dünyada 1 May nümayişləri: Makronun maketi və etiraz şüarları
- 01.05.2024 [14:18]
Alimlər ölümcül “göbələk epidemiyası” ilə bağlı xəbərdarlıq ediblər
- 01.05.2024 [13:41]
Bloomberg: Ən varlı rusiyalıların sərvəti bu il 15,8 milyard dollar artıb
- 01.05.2024 [13:38]
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
- 01.05.2024 [13:35]
Türkiyədə ölkədaxili reyslərə biletlər 30 faiz bahalaşıb
- 01.05.2024 [13:04]
Bild: Berlində “Amazon” kompaniyasının 16 avtomobili yandırılıb
- 01.05.2024 [12:11]
NASA Arktika Dairəsinə elmi tədqiqat üçün hava şarları göndərir
- 01.05.2024 [11:53]