CƏMİYYƏT
Baş prokuror: “Tərtər işi” ilə bağlı istintaq tədbirləri davam etdirilir
Bakı, 1 oktyabr, AZƏRTAC
“Tərtər işi” ilə bağlı şərti olaraq istintaq tədbirləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
Qeyd edib ki, qanunla nəzərdə tutulmuş bütün tədbirlərin görülməsi təmin ediləcək. “Qanunvericilikdə istintaq sirri anlayışı var, biz buna uyğun olaraq açıqlama verəcəyik. Baş Prokurorluğun müraciəti əsasında Ali Məhkəmənin Plenumu tərəfindən “Tərtər işi” ilə bağlı 18 nəfər barəsində iki cinayəti işi üzrə son kasasiya məhkəməsinin qərarı ləğv edilərək baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilib. Gedişat barədə əlavə məlumat veriləcək”, - deyə Baş prokuror əlavə edib.