CƏMİYYƏT
Baş prokurorluq Yasamal rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb
Bakı, 18 may, AZƏRTAC
Mayın 17-də saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədirlər.
Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.
İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova ölmüşdür.
İctimaiyyətə əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [13:24]
“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib
- 06.05.2024 [13:09]
Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb
- 06.05.2024 [12:32]