Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Baş Prokurorluqda ötən ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir

Bakı, 1 fevral (AZƏRTAC). Fevralın 1-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə 2012-ci ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, iclasda hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdir ki, 2012-ci il Azərbaycanın müstəqil inkişaf tarixində mühüm nailiyyətlərlə yadda qalmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinə müvafiq olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılmış “Müstəqil inkişafın Azərbaycan modeli” konsepsiyasının məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində ölkə həyatının bütün sahələrində çox böyük işlər görülmüş, möhtəşəm layihələr reallaşdırılmışdır. Dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi addımlar atılmışdır.

Dövlətimizin başçısının Nazirlər Kabinetinin iclasındakı çıxışından da göründüyü kimi, 2012-ci ildə əhalinin pul gəlirləri və pensiyaların səviyyəsi qaldırılmış, bütün sahələrdə ciddi tərəqqiyə nail olunmuş, valyuta ehtiyatları 46 milyard dollarlıq həddə çatmış, 117 min yeni iş yeri açılmış, inflyasiyanın, yoxsulluğun və işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı enmişdir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların və əldə edilən nəticələrin dünya miqyasında yüksək dəyərləndirilməsinin və Azərbaycana getdikcə artan marağın sübutudur ki, Davos Dünya İqtisadi Forumunun cari ilin aprel ayında Bakıda keçirilməsi qərara alınmışdır.

Dünya birliyi dövlətlərinin böyük əksəriyyətinin etimadını qazanmaqla, 155 ölkənin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilmiş Azərbaycan ilk dəfə olaraq Şuranın iclaslarına sədrlik etmişdir.

Bundan başqa, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Assambleyası tərəfindən 2015-ci ildə birinci Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasında rolunun və təsir imkanlarının əhəmiyyətli dərəcədə artmasının parlaq göstəricisi olmuşdur.

Xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun daha da gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturların yaradılması istiqamətində böyük işlər görülmüşdür. Ermənistanın ümumi büdcəsinin 2 milyard ABŞ dolları səviyyəsində olduğu halda, Azərbaycanda yalnız hərbi sahəyə ayrılan xərclər 3,7 milyard dollar təşkil etmiş, 40-dan çox sənaye müəssisəsində 700 növdə hərbi təyinatlı məhsul istehsal olunmuşdur.

Cari ildə ölkənin həyatında çox mühüm siyasi kampaniya və taleyüklü məsələ olan prezident seçkilərinin keçirilməsi ilə bağlı Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə azad və demokratik seçkilərin keçirilməsinin əsas şərti kimi ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun stabilləşdirilməsinə yönəldilmiş qabaqlayıcı tədbirlərin görülməsi, vətəndaşların öz iradəsini azad ifadə etməsi üçün təhlükəsiz şəraitin yaradılması, mütəmadi olaraq yerlərdə vəziyyət öyrənilməklə aşkar edilmiş problemlərin, o cümlədən dini ekstremizm, seperatçılıq və pozucu qüvvələrin qanuna zidd hərəkətlərinin, digər təhlükəli meyllərin aradan qaldırılması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.

Bildirilmişdir ki, son dövrlərdə Bakı şəhərində və İsmayıllı rayonunda baş vermiş destruktiv qüvvələrin təsiri altında ölkədə ictimai-siyasi sabitliyin pozulmasında, vətəndaş qarşıdurması yaradılmasında, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsində və əmlaka ziyan vurulmasında ifadə olunan qanunsuzluqlara yol verilməsi faktlarına görə başlanmış cinayət işləri üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların təkrarlanmaması üçün zəruri qabaqlayıcı tədbirlərin görülür.

Vurğulanmışdır ki, 2012-ci il prokurorluq orqanları üçün də uğurlu olmuş, digər hüquq mühafizə, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli fəaliyyət göstərilməklə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülmüşdür. Bu dövrdə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, işin keyfiyyətinin yüksəldilməsinə, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla mənfi təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilmişdir.

Prokurorluq orqanlarının fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilmiş, peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə qanunçuluğun təmin edilməsində, ağır cinayətlərin açılması və istintaqının aparılmasında, məhkəmələrdə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə prokurorluq orqanlarının 22 əməkdaşı “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları kimi yüksək dövlət mükafatları ilə təltif edilmiş, 5 əməkdaşa ali xüsusi rütbələr verilmişdir.

“Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” ilə müəyyənləşdirilmiş prioritet istiqamətlərə uyğun olaraq, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməklə müasirləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi, yeni elmi-texniki nailiyyətlərdən daha geniş istifadə olunmasına yönəldilmiş məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

“Elektron hökumət” layihəsi çərçivəsində yaradılmış “Elektron Sənəd Dövriyyəsi” sistemi Baş Prokurorluqda kağız dövriyyəsi ilə paralel olaraq fəaliyyət göstərmiş, Elm-Tədris Mərkəzi ilə əlaqəli şəkildə “Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair - Elektron cinayət” İnformasiya Proqramı yaradılmışdır. 2012-ci ilin oktyabr ayından bu sistemin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində və Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və bir sıra tabe prokurorluqlarda tətbiqinə başlanılmışdır. “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” dövlət başçısının Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədi ilə Baş Prokurorluğun müvafiq tədbirlər planının təsdiq olunması və nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi barədə tapşırıqlar verilmişdir.

Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əhəmiyyəti vurğulanmış, bu sənədin icrası ilə əlaqədar prokurorluq orqanları qarşısında duran vəzifələr diqqətə çatdırılmışdır.

Vurğulanmışdır ki, korrupsiya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə fəaliyyətin forma və metodlarının daha da təkmilləşdirilməsi 2012-ci ildə prokurorluğun qarşısında duran mühüm vəzifələrdən biri olmuşdur. Korrupsiyaya qarşı mübarizənin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritet istiqaməti kimi müəyyənləşdirilməsinin nəticəsidir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin çevik strukturu formalaşdırılmış, işçilərin say tərkibi artırılmış, onların sosial müdafiəsi gücləndirilmiş, ilk dəfə olaraq, idarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti verilmişdir. İdarə tərəfindən ötən il rüşvət, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 298 şəxs barəsində 170 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilmişdir. “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olan vətəndaş müraciətləri üzrə çevik tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyəti ilə bağlı 34 cinayət işi başlanmış, idarənin öz imkanları hesabına reallaşdırdığı əməliyyat tədbirləri nəticəsində 32 vəzifəli şəxsin cinayətkar əməlləri ifşa edilmişdir.

Nazirlər Kabinetinin yanvarın 16-da keçirilmiş iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2012-ci ildə əldə olunmuş nailiyyətlər daha da möhkəmləndirilməklə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na müvafiq olaraq prokurorluğa həvalə edilmiş tapşırıqlar keyfiyyətlə yerinə yetiriləcək və görülmüş işlər barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Bildirilmişdir ki, hesabat ilində dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorların iştirakı ilə 12945 şəxs barəsində 10815 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilmiş, məhkəmə səhvlərinin aradan qaldırılması üçün məqsədyönlü işlər görülmüşdür.

Hesabat ilində bütövlükdə prokurorluq orqanlarına 51 mindən çox, o cümlədən Baş Prokurorluğa 37,3 min ərizə və şikayət daxil olmuşdur. Prokurorluq orqanlarında 24,5 mindən çox, o cümlədən şəxsən prokurorlar tərəfindən 11,3 min, Baş Prokurorluqda isə 3035 vətəndaş qəbul edilmişdir.

İclasda qeyd edilmişdir ki, 2012-ci ildə ədalətli kadr siyasəti həyata keçirilmiş, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində ən qəti tədbirlər görülmüşdür. Ötən il müxtəlif xətalara yol verdiyinə görə 62 əməkdaş intizam qaydasında cəzalandırılmış, 6 əməkdaş tutduğu vəzifədən azad edilmiş, xidmətlə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan, “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi”nin tələblərini pozan 10 əməkdaş prokurorluq orqanlarından xaric olunmuşdur. Həmçinin, səlahiyyət hədləri daxilində Respublika Hərbi prokurorunun əmrləri ilə 21 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir. 2013-cü ildə də xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər eyni prinsipiallıqla davam etdiriləcəkdir.

Xüsusi vurğulanmışdır ki, Azərbaycan prokurorluğunun digər hüquq mühafizə, ədliyyə və məhkəmə orqanları, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyəti nəticəsində əvvəlki illə müqayisədə 2012-ci ildə respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən şəxsiyyət əleyhinə olan, oğurluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə və xuliqanlıq cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmış, banditizm və cinayətkar birlik yaratma kimi cinayətlər ümumiyyətlə qeydə alınmamış, törədilmiş 21897 cinayətin 86,2 faizinin üstü açılmışdır. Eyni zamanda, əvvəlki illərdə törədilməklə bağlı qalan 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin üstü açılmış, habelə çoxsaylı ağır cinayətlər törətmiş 191 cinayətkar qrup və 9 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Əhalinin hər min nəfərinə düşən cinayətlərin sayı azalaraq 236-ya bərabər olmuş, qrup halında, o cümlədən əvvəllər məhkum olunmuş şəxslərdən ibarət qruplar tərəfindən, ailə münaqişəsi zəminində və odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı azalmışdır.

Məqsədyönlü, birgə istintaq-əməliyyat tədbirləri nəticəsində 15 il bundan əvvəl, 1997-ci ildə itkin düşmüş V.Abdullayevin qəsdən öldürüldüyü bəlli olmuş və təqsirkar şəxs müəyyən edilmişdir.

2012-ci ildə Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən də səlahiyyət hədləri daxilində “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəli təşkilinə və digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə yönəldilmiş bir sıra məqsədyönlü tədbirlər görülmüşdür. Nəticədə, bir çox cinayətlərin sayı azalmış və onların açılması üzrə göstəricilər yaxşılaşdırılmış, habelə keçmiş illərdə törədilməklə bağlı qalan 252 cinayət üzrə təqsirkar şəxslər müəyyənləşdirilmişdir.

Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 16550 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları təsdiq olunan 9430 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilmiş, bütün istintaq orqanları üzrə müddət pozuntusu ilə istintaq olunma faizi 8,1-ə bərabər olmuş, cinayət işləri üzrə maddi ziyanın ödətdirilməsində səmərəli tədbirlər həyata keçirilmişdir. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən istintaqı tamamlanmış işlər üzrə vurulmuş 1,9 milyon manat ziyanın real ödəmə və əmlak üzərinə həbs qoyulması yolu ilə 100 faiz ödətdirilməsi təmin olunmuşdur. İstintaq üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində, hesabat ilində 318 cinayət işi üzrə icraata xitam verilmiş və 1258 icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilmişdir.

Diqqətə çatdırılmışdır ki, şəxsiyyət əleyhinə cinayətlərə qarşı mübarizə işinin düzgün təşkilinin nəticəsi olaraq, Sumqayıt şəhərinin Corat qəsəbəsində R.Rzayevanın qəsdən öldürülməsi, Mingəçevir şəhərində Pərvin Beydullayevin öldürülməsi və onun bacısı Pərvanənin öldürülməsinə cəhd göstərilməsi, Masallı rayonunun “Viləş” su kanalı ərazisində cinsi zorakılığa məruz qalmaqla sonradan boğulub öldürülmüş Nuray Ağayevanın meyitinin aşkarlanması, Qax rayonunun Alatəmir kəndində Sakmelaşvilinin və Abşeron rayonunun Saray qəsəbəsində Şamo Məmmədovun meyitlərinin aşkar edilməsi faktları üzrə peşəkar istintaq hərəkətləri həyata keçirilmişdir.

Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmuş, yol verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın tələblərindən irəli gələn və Baş Prokurorluğun əsas icraçılardan biri kimi nəzərdə tutulduğu vəzifələrin müəyyən edilmiş müddətlər ərzində və keyfiyyətli icrası, habelə, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, onlara qarşı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara yol verilməsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi barədə göstərişlər verilmişdir.

Kollegiya iclasında vurğulanmışdır ki, son illərin statistik göstəricilərinin müqayisəsinə görə ölkənin kriminogen durumunda narahatçılıq doğuran problemlərdən biri yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin və bu hadisələr nəticəsində ölən və yaralananların sayının yüksək olması hesab edilməlidir.

Kollegiya iclasında Silahlı Qüvvələrdə və bütün hərbi birləşmələrdə qanunçuluğun təmin olunması və hərbi nizam-intizamın möhkəmləndirilməsi, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun öz səlahiyyətləri daxilində səmərəli fəaliyyət göstərdiyi, işin düzgün təşkili, xidməti, icra və əmək intizamının möhkəmləndirildiyi, mövcud strukturun təkmilləşdirilməsi və fəaliyyətin müasirləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində məqsədyönlü işlərin görüldüyü diqqətə çatdırılmışdır.

Dövlət əmlakının mənimsənilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir sıra səmərəli tədbirlərin həyata keçirildiyi, o cümlədən, 2011-ci illə müqayisədə hesabat ilində 121 fakt və ya 44 faiz çox korrupsiya və rüşvətxorluq cinayətləri aşkarlandığı, müstəqil şöbə statusunda fəaliyyət göstərən xüsusi istintaq şöbəsində erməni silahlı birləşmələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin istintaqı ilə əlaqədar görülən məqsədyönlü işlər barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, 2012-ci il Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları üçün də uğurlu bir dövr olmuş, digər əlaqədar dövlət təsisatları ilə qarşılıqlı birgə fəaliyyət nəticəsində, muxtar respublika ərazisində cinayətkarlığa qarşı kəsərli mübarizədə səmərəli tədbirlər görülmüşdür. Ötən il ərzində qeydə alınmış cinayətlərin sayı 31 faiz azalmış, onların hamısının, habelə keçmiş illərdə törədilməklə bağlı qalan 34 hadisənin üstü açılmışdır.

Azərbaycan Respublikasının beynəlxalq nüfuzu və dünya dövlətləri ilə qarşılıqlı əlaqələri daha da artmaqla mühüm diplomatik uğurların əldə edilməsi, ölkəmizin mövqelərinin dünya miqyasında və regionda möhkəmləndirilməsi ilə xarakterizə olunan 2012-ci ildə prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsi təmin olunmuş, ölkəmizin tərəfdaş olduğu öhdəliklərdən irəli gələn məsələlərin, o cümlədən hüquqi yardım və ekstradisiya ilə əlaqədar vəzifələrin vaxtında və keyfiyyətli icrasına yönəldilmiş müvafiq işlərin görüldüyü diqqətə çatdırılmışdır.

Baş prokurorun müavini - respublika hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Baş Prokurorluğun hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov və digər natiqlərin çıxışlarında 2012-ci ildə görülmüş işlər barədə ətraflı məlumat vermiş, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsinə yönəldilmiş konkret təkliflər irəli sürülmüşdür.

Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi və hər bir əməkdaşı ölkəmizdə reallaşdırılan böyük quruculuq işlərində öz səlahiyyətləri daxilində yaxından iştirak etməklə, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə bütün uğurlarımızın əsas təminatçısı kimi ölkədə formalaşdırılmış dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlət maraqlarımızın hər cür cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı qətiyyətli mübarizənin təşkili, vətəndaş cəmiyyətinə xas olan demokratik dəyərlərin etibarlı müdafiəsi işində öz xidmətlərini göstərəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ŞKTR parlamentinin sədri Milli Məclisin spikerini Lefkoşaya dəvət edib

Saatlıda gənc oğlan Araz çayında boğularaq ölüb

Allahşükür Paşazadə yeni təyin olunmuş Yepiskop Aleksiyi qəbul edib

Qazaxıstan Transxəzər marşrutunun səmərəliliyini artırmaq üçün danışıqlar aparır

Avropa Liqası: “Zirə”nin rəqibi müəyyənləşib

Son beş ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb

Cəlilabadın “şəfa” gölü FOTO VİDEO

Macarıstan Milli Assambleyasının üzvləri Ağdamda olublar - YENİLƏNİB

Leysan yağışları nəticəsində Gürcüstanın bəzi bölgələrində torpaq sürüşməsi baş verib

Çin və Cənubi Koreyanın 2+2 formatında dialoqu olub

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" Bolnisidə soydaşlarımızın təhsilə marağının artırılmasında mühüm rol oynayır

Türkiyə Azərbaycana 100 min ağac tingi göndərib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Naxçıvanın dağ kəndinə dolu düşüb, leysan davam edir

AZƏRBAYCANIN SƏNƏTKARLARI
İsmayıl Babayev: Papaqlar qədimdən qeyrət rəmzi olub

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib

Azərbaycan və Qazaxıstanın 50 milyon dollar sərmayəsi ilə Xəzərin dibinə optik xətt çəkilir

Milli Kitabxanada “18 iyun - Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Tədqiqat: Qədim mayyaların qurban ayinlərində oğlan uşaqları öldürülüb

Bakıda mikroavtobus yandı

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

Fransa Ermənistanı silahlandırmaqda davam edir

David Smith: İqlimlə bağlı problemləri həll etmək üçün maliyyə çatışmazlığı var

“Baku Piano Festival” çərçivəsində ədəbi müsabiqəyə yekun vurulub

Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

Moskvada gənc şairə Səidə Rəhimlinin kitabının təqdimatı keçirilib

Kelli Uillis: Azərbaycan iqlim dəyişikliyindən müdafiə istiqamətində çoxsaylı investisiya yatırır

Azərbaycanın boks millisi “BRİCS Sports Games Kazan 2024”də tam heyətlə çıxış edəcək

Malmöda soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Çində torpaq sürüşmələrində 21nəfər itkin düşüb, 9 nəfər ölüb

Türkiyədə aeroportlara girişdə təhlükəsizlik tədbirləri gücləndirilir

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb

İlqar Qurbanov: Gürcüstan millisi Türkiyə ilə matçda sürpriz edə bilər

Türkiyə çimərliklərində “mavi bayraq” olan dünyanın üç ölkəsindən biridir

Avro-2024: Mbappenin burnu sınıb, qalan matçlarda maska ilə oynayacaq

Azərbaycan insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib ŞƏRH

RF XİN: Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir

Avropa Liqası: Bu gün "Zirə"nin rəqibi bəlli olacaq

“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda elm və təhsil nazirinin videomüraciəti yayımlanıb

Kelli Uillis: Azərbaycanda “yaşıl iş” yerlərinin yaradılması səhiyyə sektoruna töhfədir

Ucqar kənddə çalışan fədakar gənc müəllim FOTO VİDEO

DİN: Ötən gün ölkə ərazisində 38 kiloqram narkotik aşkarlanıb

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti keçirilir

COP29-un baş danışıqçısı: İqlim dəyişikliyinin sağlamlığa mənfi təsirləri artıq bütün dünyada özünü göstərir

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Bu il Ombudsmanın “916” nömrəli Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır

NBA: "Boston Seltiks" çempion olub

Qusarda qəbirləri dağıdan şəxs həbs olunub

Ombudsman: İnsan Hüquqları Aylığı dövründə qarşıya qoyulan məqsədlərə, hədəflərə nail ola bildik - MÜSAHİBƏ

Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb VİDEO

Ekvadorda torpaq sürüşməsi baş verib, 7 nəfər ölüb

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Şimali Koreya əsgərləri demarkasiya xəttini keçməyə cəhd edib

Perunun şimalında 5,5 bal gücündə zəlzələ olub

Salvadorda daşqın nəticəsində 11 nəfər ölüb

ABŞ Prezidenti NATO Baş katibi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

“Euronews”: Azərbaycandakı konfransda minaların təmizlənməsi ilə bağlı vahid qlobal çağırış edilib

BMM-də Milli Qurtuluş Günü qeyd olunub

Bakıda mənzildən meyit tapılıb

Ermənistan Fransanın KNDS şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək

Avro-2024: Fransa millisi Avstriyanı avtoqolla məğlub edib

Stoltenberq: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yekdil qərar verilməlidir

Nazir: Moldova səhiyyəsində ciddi kadr böhranı yaşanır

Türkiyə müdafiə sənayesinin yenilikləri Avropanın ən böyük silah sərgisində təqdim olunub

Avro-2024: Slovakiya Belçikanı məğlub edib

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırıb

Türkiyə Prezidenti: Biz gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək niyyətindəyik

Nikol Paşinyan: Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair referendum keçirilə bilər

Azərbaycanın Ukraynadakı səfiri Xmelnitski şəhərinin tələbələri üçün mühazirə oxuyub

Ermənistan parlamentinin növbədənkənar sessiyası baş tutmayıb

Son beş ayda əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verilib

Muxtar respublikanın iki rayonunda yanğınlar olub

Qazaxıstan XİN: Qazaxıstan Ukrayna üzrə sammitdə qrafikə görə iştirak etməyib

Tbilisidə keçirilən festivalda Azərbaycan guşəsi açılıb

Avro-2024: Rumıniya turnirə qələbə ilə başlayıb

Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur

Abşeron rayonunda tibb işçilərinin bir qrupu mükafatlandırılıb

Gürcü deputat: Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

Çexiyada poliqonda baş verən partlayış nəticəsində doqquz hərbçi yaralanıb

Azərbaycan könüllüləri “Go Camp” piknik layihəsi çərçivəsində Quba rayonunda olublar

Fransada partiya sədrinə qarşı dövlət vəsaitinin mənimsənilməsi iddiası üzrə cinayət işi açılıb

® “İlahi ibadət”in xoş məramı

Macarıstan Milli Assambleyasının üzvləri Milli Məclisdə olublar

“Paris-2024”: Azərbaycan basketbol millisinin oyunlarının təqvimi açıqlanıb

Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Məclisinin parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə olacaq VİDEO

Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir

Ağdamda 10 tüfəng polisə təhvil verilib

Ursula Fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının prezidenti kimi qala bilər

Salyanda şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırlayıb VİDEO

Almaniyada “Alman-Azərbaycan Mədəniyyət Sinerqiyası” adlı orqan konserti keçirilib

İlin sonunadək Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

Fövqəladə Hallar Nazirliyi və TƏBİB birgə məlumat yayıb VİDEO

Attila Tilki: Türk dövlətləri arasındakı dostluq əlaqələrinin getdikcə dərinləşməsi həssas dönəmdə çox mühümdür

NİİM: Metronun “Koroğlu” və “20 Yanvar” stansiyaları istiqamətlərində nəqliyyat sıxlığı yaranıb