Azərbaycan Dövlət İnformasiya Agentliyi

Başqırdıstan kurortları: qımız, mineral sular və lil palçıqla müalicə

Bakı, 23 noyabr, Emil Eyyubov, AZƏRTAC

Azərbaycan müalicə-sağlamlıq turizmini inkişaf etdirməyə çox geniş imkanlar açan təbii sərvətləri ilə zəngin ölkədir. Odur ki, təbii sərvətlərin mənimsənilməsi və onlardan turistlərin cəlb edilməsində istifadə olunması sahəsində başqa ölkələrin təcrübəsini öyrənmək bizim üçün daha maraqlıdır. Bu yaxınlarda Başqırdıstanda olarkən Azərbaycan üçün ekzotik sayılan qımızla müalicə terapiyası barədə öyrəndik. Bu respublikada milli içki sayılan qımız insan sağlamlığına xidmət edir. Burada hətta qımızın müalicəvi amillərinə əsaslanan ixtisaslaşdırılmış “Yumatovo” klinikası fəaliyyət göstərir. Digər şəfa ocağının - “Krasnousolsk” balneoloji kurortunun timsalında isə yerli mineral sular və lil palçığının nadir xüsusiyyətlərindən söhbət açacağıq.

At insanın dostudur

Azərbaycan və Başqırdıstanı “Nordstar” aviaşirkətinin cəmi 2,5 saatlıq birbaşa aviareysi birləşdirir. Buna görə də sağlamlıq sahəsində və turizmin digər növlərində qarşılıqlı mübadilə görünən perspektivə malikdir. Ufa aeroportuna çatdıqdan dərhal sonra biz “Yumatovo” sanatoriyasına yollanırıq. Paytaxtdan 40 kilometr cənub-qərbdə, yaşıl massivdə yerləşən müalicə mərkəzi qədim olmaqla yanaşı, həm də Rusiyada yeganə sanatoriyadır ki, burada təbii qımızla ilboyu müalicə almaq olar.

Əlbəttə, biz də çoxları kimi eşitmişdik ki, qımız at südündən alınan içkidir. Lakin bu vaxtadək onun dadına baxmamışdıq. Sanatoriyaya yerləşən kimi ilk olaraq mütəxəssislərdən bu içki barədə əyani məlumat toplamağa başladıq. Sanatoriyada müalicə alanlara qımız paylanan şöbəyə yaxınlaşdıqca havada bizim ayrana bənzər, hətta daha kəskin qoxu hiss olunur. Bu, təəccüblü deyil, çünki qımız at südünün xüsusi mayalanmanın təsiri altında qıcqırması nəticəsində yaranır. Sonda qoxusu və görünüşündən ayrana oxşar süd rəngli içki alınır. Lakin dadına baxanda təəccübləndik: o, daha çox uşaqlıqdan tanıdığımız kvasa oxşayırdı, üstəlik bir az da şirin idi. Çox xoşagələn təravətli turşa-şirin dadı qaymaqlı teksturası ilə birgə Başqırdıstanda demək olar ki, hər mağazada satılan qımızı daha da məşhurlaşdırır. Lakin bu içki təkcə dad keyfiyyətinə görə dəyərləndirilmir. Yüksək qidalı xüsusiyyətlərə malik qımızın hazırlandığı at südü öz tərkibinə görə ana südünə son dərəcə yaxındır. Özü də onun qidalılığı təkcə süd şəkərinin miqdarına görə deyil, həmçinin insan orqanizmində normal həyat fəaliyyətinin saxlanılmasında mühüm rol oynayan zülalların, yağların, vitaminlərin keyfiyyəti ilə izah olunur.

“Yumatovo” sanatoriyasının həkim-terapevti Lyutsiya Mineyevanın sözlərinə görə, qımız “canlı” içkidir. O, özündə bioloji aktiv maddələri, B, PP, C, A, E vitamin qruplarını, zülallarla bağlı olan, onların daha yaxşı mənimsənilməsinə şərait yaradan mikroelementləri birləşdirir. Bu içki turşluq dərəcəsindən, yəni tərkibindəki süd şəkərinin miqdarından asılı olaraq, üç növə - zəif, orta və tünd növlərə bölünür. Qıcqırmanın birinci günü içki yumşaq olur, üçüncü gün isə tündlüyünü artırır. Bu müddətdən sonra artıq müalicə məqsədləri üçün istifadə olunmur.

Beləliklə, qımız xroniki qastrit, mədə və onikibarmaq bağırsaq xorası, xroniki xolesistit xəstəliklərinin müalicəsi zamanı təyin edilir. O, mədənin sekresiya və hərəkət fəaliyyətini tənzimləyir, bağırsaq peristaltikasını gücləndirir, bağırsaq çöplərinə qarşı bakterisid təsirə malikdir. İştahasızlıq, qanazlığı, tənəffüs orqanlarının qeyri-vərəm xarakterli xəstəlikləri zamanı tətbiq olunur. Habelə ağciyərlərin fəaliyyətini yaxşılaşdırır, maddələr mübadiləsini normallaşdırır, oksidləşmə-bərpa proseslərini gücləndirir, ürək-damar xəstəliklərini müalicə edir, əsəbləri sakitləşdirir və insanın immunitetini artırır. Lakin onu da nəzərə almaq lazımdır ki, qımızla müalicə sadaladığımız xəstəliklərin remissiyası zamanı tətbiq olunur və kəskinləşmə mərhələsində əks-təsir göstərir.

Təbiətin gücü

“Yumatovo” sanatoriyasının nadirliyi ondadır ki, burada müalicə ilboyu aparılır. Bu səbəbdən yay aylarında kompleksin ərazisində at südündən quru süd tozu istehsal edilir və qışda ondan qımız hazırlanır. Ölkədə analoqu olmayan vakuum-çiləmə üsulu ilə qurutma zamanı at südünün faydalı xüsusiyyətləri qorunub saxlanılır.

Kursun əvvəlində həcmi tədricən 200 millilitrədək artırılan 100-150 millilitrlik, birdəfəlik doza təyin olunur. İçkinin qəbul vaxtını, dozasını və tündlüyünü həkim hər xəstəyə fərdi şəkildə təyin edir. Mütəxəssislər qımız terapiyanın effektiv təsiri üçün azı 10 gün vaxt ayırmağı məsləhət görürlər. Sanatoriyada bir gün qalmaq, qidalanma və prosedurların qəbulu 70 manata (2500 rubl) başa gəlir. Qımızdan əlavə, “Yumatovo” sanatoriyasında pasiyentlərin müalicəsi üçün kompleksin ərazisində hasil olunan kalsium-sulfat mineral sulardan istifadə edilir. Suyun qəbulu mədə-bağırsaq orqanları traktının hərəkət və sekresiya funksiyalarını yaxşılaşdırır, maddələr mübadiləsini tənzimləyir.

Başqırdıstanda hidroterapiyanın imkanları ilə daha yaxından tanış olmaq məqsədilə digər şəfa ocağına “Krasnousolsk” balneoloji kompleksinə - respublikanın su və palçıq müalicəsi üzrə ixtisaslaşan ən iri kurortuna yollanırıq. Bu kompleks Ufadan təxminən 120 kilometr aralıda, Ural dağlarından ayrılan qolun gözəl təbiətə malik guşəsində yerləşir. Buradakı böyük ərazidə qonaqların yerləşdirilməsi üçün doqquz səliqəli korpus və müalicə-sağlamlıq prosedurlarının aparılması, həmçinin istirahət edənlərin asudə vaxtlarının təşkili üçün bir neçə bina var. 1924-cü ildə əsası qoyulan bu kompleksə Rusiyadan və xarici ölkələrdən ildə 20 min insan gəlir.

Başqırdıstan şəfa ocağının məşhurluğunun əsas sirri qiymətli təbii nemətlərdə - mineral sular və müalicəvi lil palçıqlarındadır. Onların köməyi ilə orqanizmin bütün fəaliyyətini yaxşılaşdırmaq mümkündür. Kompleksin ərazisində dörd növ mineral su - Yesentuki və Krainka tipli zəif radon-xlorid-natriumlu və sulfat-kalsium-maqneziumlu içməli sular, Matsesta tipli vannalar üçün xlorid-natriumlu və hidrogen-sulfidli su bulaqları yerləşir. Buradakı təbii göldən müalicəvi lil palçıqlar çıxarılır. Bu qədər təbii amillərin bir yerdə çuğlaşması “Krasnousolsk” kurortunun nadirliyi barədə danışmağa əsas verir.

Çoxprofilli müalicəvi-sağlamlıq sanatoriyası dayaq-hərəkət aparatı xəstəlikləri olan pasiyentlərin müalicəsində, həzm orqanlarının, əsəb sisteminin, dəri və dərialtı birləşdirici toxumaların, tənəffüs orqanlarının, uroloji və maddələr mübadiləsinin pozulması ilə müşayiət edilən ginekoloji xəstəliklərin müalicəsi üzrə ixtisaslaşıb.

Şəfaverici tandem

“Krasnousolsk” kompleksini mübaliğəsiz olaraq, Avropa səviyyəli kurort adlandırmaq olar. Yaşayış korpuslarında otaqlar rahatlığına və təchizatına görə dördulduzlu otellərdən heç də geri qalmır. Qidalanma “İsveç stolu” tipində keyfiyyətli və müxtəlif çeşiddə təşkil olunub. Sanatoriyada Rusiya və Qərbin aparıcı şirkətlərinin yeni texnologiyaları ilə təchiz edilən, 200-dən çox müalicəvi və SPA prosedurlarını yerinə yetirə bilən güclü müasir müalicə-diaqnostika bazası yaradılıb.

Bizə “Krasnousolsk” kompleksinin müalicəvi sularının bir neçə növünü öz üzərimizdə sınaqdan keçirmək imkanı nəsib oldu. Hidrogen sulfidli su ilə vanna qəbul etdik. Belə vannalar periferiya damarlarının tonusunu artırır, qanın periferiyadan ürəyə gedən damarlara axmasına kömək edir, hipofizar-böyrəküstü sistemini stimullaşdırır. Bu suyun qoxusu çox hiss olunur, vanna qəbulu isə avtomatlaşdırılıb. Pasiyent daxil olduqdan 10 dəqiqə sonra xüsusi quraşdırılan taymer qapağı açaraq suyu boşaldır, bu isə o deməkdir ki, prosedur artıq başa çatıb. Vannadan sonra iki saat ərzində duş qəbul etmək məsləhət görülmür və bu da suyun müalicəvi təsirini gücləndirməkdən ötrüdür.

Kompleksin zəif radon-xlorid-natriumlu və sulfat-kalsium-maqneziumlu içməli sularına gəlincə, onlar şortəhər və acı tamı ilə “Yumatovo” sanatoriyasının müalicəvi sularına çox bənzəyir. Bu, suyun tərkibində yüksək miqdarda həll olan minerallardan və onların müalicəvi dəyərlərindən xəbər verir. Maraqlıdır ki, burada cəmi 15 hektarlıq ərazidə yer təkindən 100-dən çox mineral su bulaqları qaynayıb üzə çıxır. Əsasən 11 və 12-ci bulaqlardan çıxan müalicəvi-içməli mineral sular daha geniş istifadə olunur. 11-ci bulağın suyu xlorid-natriumlu tərkibi və minerallığının orta göstəricisi ilə səciyyəvidir. Bu mineral iltihab əleyhinə və xəstəliyi sovurma xüsusiyyətinə malikdir, həzmi və maddələr mübadiləsini yaxşılaşdırır, mədənin sekresiya fəaliyyətini tənzimləyir, bağırsaqların işləməsini normallaşdırır. 12-ci bulaqdan çıxan sulfat-kalsium-maqneziumlu hidrokarbonatlı suyun isə ödqovucu, sidikqovucu və qarnı işlətmə xüsusiyyəti var. Qaraciyər, öd yolları xəstəlikləri, normal və yüksək sekresiyalı xroniki qastrit, mədə və onikibarmaq bağırsaq xorası, maddələr mübadiləsi pozuntusu zamanı təyin edilir.

Təbiətin qiymətsiz neməti kimi mineral lil palçıqlarının da adını çəkə bilərik. Bu palçıqların tərkibi böyük miqdarda üzvi və qeyri-üzvi maddələrlə - natrium, maqnezium, kalsium, yod və dəmirin xlorid-sulfat birləşmələri, həmçinin hidrogen-sulfid, karbon, metan qazları ilə zəngindir ki, bu da onların yüksək bioloji fəallığını göstərir.

“Krasnousolsk” sanatoriyasının fizioterapiya şöbəsinin müdiri Renat Axmadeyev deyir: “Palçıq müalicəsi ağrısız, xəstəliyi sovurma, iltihab əleyhinə və bakterisidlik xüsusiyyətlərinə malikdir, zədələnmiş toxumaları bərpa edir, immuniteti artırır. Bütün revmatizm xəstəlikləri, oynaqlarda iltihab prosesləri, müxtəlif yapışmalar, qarın boşluğunda infiltrasiya, travmalar nəticəsində yaranan, xroniki və kəskin iltihab prosesi, dəri, ginekoloji, uroloji və digər xəstəliklər zamanı çox gözəl nəticələr verir”.

Yeri gəlmişkən, kim istəsə, sanatoriyadan lil palçığı alıb apararaq, müalicəni ev şəraitində davam etdirə bilər.

Sözardı əvəzi

Sonda qeyd etmək istərdik ki, bu yerlərin əlverişli hava şəraiti bərpa dövründə vacib mərhələ sayılan iqlim terapiyası almağa da ilboyu imkan yaradır. Hər iki sanatoriya - həm “Krasnousolsk”, həm də “Yumatovo” təbiət qoynunda əlverişli yerləşməsi ilə səciyyələnir. Hər iki kurortun kompleks müalicəsinə daxil edilən iqlim terapiyası sanatoriya-kurort müalicəsinin daimi fonu kimi onun səmərəliliyinə müsbət təsir göstərir.

Fotolar E.Feliksə məxsusdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suraxanı və Qaradağın bəzi ərailərinin qaz təchizatında fasilə olacaq

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib