İDMAN
“Bavariya” planetin ən güclü komandası oldu
Bakı, 23 dekabr (AZƏRTAC). Münxenin “Bavariya” komandası klublar arasında dünya çempionatında Mərakeşin paytaxtındakı “Stad de Marrakeş” stadionunda keçirilmiş final matçında yerli “Racə” komandasına qalib gəlmişdir.
Görüşün yeddinci dəqiqəsində almanlar küncdən zərbə vurmuşlar. Jerom Boatenq topu Dante braziliyalı Bonfimə ötürmüş, o da öz növbəsində süni oyundankənar vəziyyət yaratmaq istəyən mərakeşlilərin səhvindən istifadə edərək topu qapıdan keçirmişdir.
Oyunun birinci hissəsinin ortalarında “Bavariya” öz üstünlüyünü artırmışdır. Bu dəfə də Dante fərqlənmişdir: müdafiəçi meydanın sağ cinahındakı “qəyyum”dan yaxasını qurtararaq topu diaqonal boyunca geriyə ötürmüş və Tyaqo Alkantara 17 metr məsafədən topu qapının uzaq küncünə vurmuşdur.
Birinci hissədə “Bavariya” hesabı artıra da bilərdi, lakin o öz şanslarını reallaşdırmamışdır. Fasilədən sonra oyunun sürəti xeyli azalmış, buna görə də Almaniya klubu çətinlik çəkmədən görüşü qələbə ilə başa çatdırmışdır.
Ehtimal edilən kimi klublar arasında dünya çempionu adı Avropaya qayıdacaqdır. Bundan əvvəlki çempionatda final matçında “Çelsi” Braziliyanın “Korintians” klubuna uduzmuşdur.
Xatırladaq ki, “Bavariya”nın fransalı yarımmüdafiəçisi Riberi turnirin ən yaxşı oyunçusu hesab edilmişdir.