CƏMİYYƏT
Bayram günlərində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 1700-1800 çağırış olub
Bakı, 30 mart, AZƏRTAC
Novruz bayramı günlərində digər günlərə nisbətən çağırışların sayında nisbi artım müşahidə olunub. Bayramdan əvvəl Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 1500-1600 çağırış olurdusa, bayram günlərində müraciətlərin sayı 1700-1800 aralığında dəyişib. Çağırış səbəbləri müxtəlif idi. Adi günlərdə daxil olan səbəblər də var idi. Ciddi səbəblərin daxil olduğu çağırışlara rast gəlmədik.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.
N.Fərzəliyeva bildirib ki, pandemiyanın qızğın vaxtlarında çağırışların pik həddə çatdığı dövrlə müqayisədə müraciətlərin sayında xeyli azalma müşahidə edilib: "Xüsusilə bayram günlərində növbədə olan briqadaların sayına xüsusi diqqət yetirildiyinə görə müraciətlərin icrasında gecikmələr müşahidə olunmadı. Pandemiyanın qızğın dövrlərində elə olub ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gün ərzində 3 minə yaxın çağırış icra edib. Odur ki, 1700-1800 çağırış bizim üçün heç bir problem yaratmadı".