Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bayramovlar ailəsi: İllərlə həsrətini çəkdiyimiz doğma Kəlbəcərimizin azad olunmasına görə sevincimizin həddi-hüdudu yoxdur VİDEO

Gəncə, 25 noyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbənin sevincini yaşayanlar arasında 27 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən doğma yurdlarından didərgin salınmış Kəlbəcər sakinləri də var. Bu gün – noyabrın 25-də Kəlbəcərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi bu rayonun sakinlərinin 27 illik doğma yurd, Vətən həsrətinə son qoydu. Bütün xalqımız, o cümlədən kəlbəcərlilər bu günü sonsuz bir sevinc hissi ilə qeyd edirlər.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, doğma rayonlarının azad olunduğunu eşidən kəlbəcərlilər kimi, Bayramovlar ailəsi də sevinclərini sözlə ifadə edə bilmədiklərini, bu günün onların həyatında ən xoşbəxt gün olduğunu bildirirlər.

Kəlbəcər rayonundan olan Şəmsəddin Bayramov deyir ki, ermənilər Kəlbəcəri işğal etməmişdən qabaq orada xoşbəxt yaşamışıq. O yerlərdə gözəl günlərimiz olub. Kəlbəcər işğal olunanda biz çox çətinliklər çəkdik. Təsəvvür edin, bir andaca doğma evini tərk etməyə məcbur qalırsan və günlərlə soyuq havada yol gedirsən. Dəhşətli bir vəziyyət idi. Əhali ayaqyalın, başıaçıq qaçırdı, körpə uşaqlar soyuqdan donurdular. Bütün Kəlbəcər sakinləri, o cümlədən bizim ailənin də ən böyük arzusu rayonumuzun işğaldan azad olunması idi. Çox şükür ki, arzumuza çatdıq, gözlədiyimiz gün gəlib çatdı. Bundan sonra rayonumuza gedəcəyik və əvvəlki gözəl günlərimizə qayıdacağıq. Mən bu gün arzuma çatdım. Allaha çox şükür ki, işğal altındakı torpaqlarımız, eləcə də Kəlbəcərimiz azad olundu. Kəlbəcərin azad edilməsi xəbərini eşidəndə çox həyəcan keçirdim.

“Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Bu gün biz kəlbəcərlilər üçün əlamətdar və tarixə qızıl hərflərlə yazılacaq bir gündür. Doğma Kəlbəcərimiz Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük qanlı döyüşlərin nəticəsində azad olundu”. Bu sözlər isə ev sahibi Akif Bayramova aiddir. Doğma Kəlbəcərə qayıdacaqlarına daim inandığını qeyd edən Akif Bayramov deyib: “Hər zaman qəlbimizdə bir ümid hissi var idi ki, bu torpaqlar, doğma ocaqlarımız nə vaxtsa bizə qayıdacaq. Şükürlər olsun ki, bizim arzularımız bu gün gerçəkləşdi. Mən gəncliyimin ən gözəl anlarını Kəlbəcərdə yaşamışam. Xain ermənilərin hücumuna qəfil məruz qaldığımızdan evdən heç nə götürmədən gecə ilə doğma yurdumuzdan çıxdıq. O vaxt mən Azərbaycan Dövlət İncəsənət Universitetində diplom müdafiəsində idim. Kəlbəcərdən çıxanda təkcə diplom işimi götürdüm ki, təhsilim yarımçıq, əziyyətim yerdə qalmasın. Kəlbəcərdən gəldiyimiz anları heç vaxt unuda bilmərik. Bu gün Gəncədə məskunlaşmışıq. Bura da bizə doğmadır. Amma biz o yanmış ocaqlarımızın başında özümüzü daha rahat hiss edəcəyik və doğma yurdumuzu qurub-yaradacağıq. Ora bizim doğma torpağımız, ana Vətənimizdir”.

Akif Bayramov ulu öndər Heydər Əliyevin 1996-cı ildə Kəlbəcər ictimaiyyəti ilə görüşündə ifadə etdiyi “Vaxt gələcək ki, Kəlbəcər öz əvvəlki dövrünə qayıdacaq və ondan da gözəl olacaq” sözlərinin bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yerinə yetirildiyini vurğulayıb: “Biz Ali Baş Komandanımıza, Azərbaycan Ordusuna təşəkkür edirik ki, mənfur düşmənlərin qarşısında qısa müddətdə yüksək peşəkarlıqla döyüş apardı. Qüdrətli ordumuz bizim qələbə, doğma torpaqlarımıza qayıtmaq arzularımızı həyata keçirdi. Son 27 ildə hər gün Kəlbəcərə qayıtmağı arzulamışam. Kəlbəcər torpağının hər qarışı, daşı, divarı, yaylağı, bulağı gözümün qarşısından getmirdi. Kəlbəcər bənzərsiz məkandır. Çox şükür ki, biz həmin yerləri 27 ildən sonra yenidən görəcəyik”.

Evin xanımı Fazilə Bayramova isə sevincini bu sözlərlə ifadə edib: “Bu gün ən sevincli günümüzdür. Bütün Azərbaycanın xalqının, o cümlədən kəlbəcərlilərin gözü aydın olsun. Bizim 27 il 6 aylıq həsrətimizə son qoyulur. Həsrətini çəkdiyimiz Kəlbəcərə qovuşuruq. Bunun üçün Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığımı bildirirəm. Ağlaya-ağlaya çıxdığımız Kəlbəcərimizə qayıdacağımız gün yetişdi. Mən Vətən uğrunda canından keçən, yaralanan oğullarımızın qarşısında, şəhid anaları qarşısında baş əyirəm. Onların gücü və Prezidentimizin qətiyyəti sayəsində Kəlbəcərimiz işğaldan azad olundu. Allah şəhidlərimizə rəhmət etsin”.

Fazilə xanım doğma yurdunun azad olunması xəbərini eşidəndə sevincindən kimə zəng edəcəyini bilmədiyini deyib. Ağlıma ilk gələn o oldu ki, anamın qəbri üstünə gedim və “Gözün aydın, Kəlbəcər azad olundu” deyim.

Kəlbəcərlə bağlı arzularını və xatirələrini dilə gətirən Fazilə xanım bildirib: “Kəlbəcərə ilk dəfə ayaq basanda atamın məzarını ziyarət edəcəyəm. Kəlbəcər deyəndə yadıma doğma evimizi tərk etdiyim gün düşür. O günləri çox həyəcanla xatırlayıram. Kəlbəcərdən çıxanda qızım altı aylıq idi. Biz çox çətin vəziyyətdə gəldik. Murova çatanda gördüm ki, qızımın dodaqları quruyub. Üç gün yol gəlmişdik. Elə bildik ki, uşaq ölüb. İndiki kimi yadımdadır, əsgərlər yığışıb onun ağzına qar sürtürdülər. Ondan sonra uşaq özünə gəldi”.

Ev sahibinin bacısı İradə Bayramova da bu günlərdə sevinc göz yaşlarına qərq olub. Məcburi köçkün adının üzərindən götürülməsinin sevincini yaşayan İradə xanım deyib: “Kəlbəcərin işğaldan azad olunmasına çox sevindim. Buna görə Müzəffər Ali Baş Komandanımıza, qəhrəman ordumuza təşəkkür edirəm, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Mənim ən çox xatirələrim nənəm və babamla bağlıdır. Onlar əsir düşüblər. Anam onların dərdinə dözə bilmədi, dünyasını dəyişdi. Anamın məzarı üstə gedib, “Ruhun şad olsun, ana, sən gedə bilməsən də biz Kəlbəcərə gedirik”. Kəlbəcərlilərin hər birinə gözaydınlığı verirəm. Bütün Azərbaycanı təbrik edirəm ki, işğal altındakı torpaqlarımız azad olundu. Kəlbəcəri, eləcə də azad olunmuş bütün ərazilərimizi qarış-qarış gəzəcəyəm”.

 

Bayramovlar ailəsi: İllərlə həsrətini çəkdiyimiz doğma Kəlbəcərimizin azad olunmasına görə sevincimizin həddi-hüdudu yoxdur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr edilmiş Karyera Festivalı başlanıb

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO

“Don Rafael Trombonçu” yenidən səhnədə

® “Rabitəbank” ABŞ-ın “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib

Düşündürən sadə həqiqətlər

Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb VİDEO

Mingəçevir “Prezident Kuboku-2024” beynəlxalq reqatasına hazırdır

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər

Bu gün Beynəlxalq Caz Günüdür

Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

DİN: Ötən gün 43 cinayətin açılması təmin olunub

Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb

Kolumbiyada helikopter qəzasında doqquz hərbçi ölüb

Azərbaycan nefti ucuzlaşıb

İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb YENİLƏNİB VİDEO

Dünyanın mədəni tərəqqisinə Azərbaycanın dəyərli töhfələri TƏHLİL

Bakı, sabahın xeyir! - FOTOREPORTAJ

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb

Şəmkirdə minik avtomobili arakəsməyə çırpılıb, sürücü ölüb

Azərbaycan gimnastı: Qazandığım medal Azərbaycan üçün tarixi məqamdır

Laçın sakini: İgid oğullarımız qəhrəmanlıq tariximizdə həmişə yaşayacaq

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür

Avropa çempionatında tarixi medal qazanan Azərbaycan gimnastı Vətənə dönüb

Keçmiş məcburi köçkün: Laçına qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Böyük Qayıdış: Laçın rayonuna növbəti köç karvanı yola düşüb VİDEO

Cenevrədə “Minatəmizləməyə Dəstək üzrə Qrup”un iclası keçirilib

Edinburq hersoqu Ukraynaya səfər edib

Tülkü bəzi xalqlarda ev heyvanı olub

Almaniyada yetkinlik yaşına çatmayanlar yoxsulluqdan əziyyət çəkirlər

Burkina-Fasoda Fransa mediasına məhdudiyyət tətbiq edilib

ABŞ-da atışma zamanı 3 zabit həlak olub

Dubayda dünyada ilk robot stüardessa nümayiş olunacaq

İsveçli arxeoloqlar kilsədən 12-ci əsrə aid dəfinə tapıblar

Türkiyədəki aeroportların sayı 61-ə çatdırılacaq

Botsvanada quruyan göllərdə begemotlar məhv olur

Rus Dram Teatrında “Voytsek” tamaşasının premyerası keçirilib