Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bazel – İsveçrənin mədəniyyət paytaxtı

Bakı, 5 noyabr, Emil Eyyubov, AZƏRTAC

İsveçrənin böyüklüyünə görə üçüncü şəhəri sayılan Bazel bizə çox kiçik göründü. Bu şəhər 37 kvadratkilometr - təxminən Bakıdan 10 dəfə kiçik ərazini əhatə edir. Bu yığcam ölçüsünə görə, Bazeli “xırda meqapolis” adlandırırlar. Lakin bu, turistlərə sərfəlidir: şəhərin görməli yerlərinin əksəriyyətinə piyada və yaxud İsveçrə saatları kimi dəqiq işləyən ictimai nəqliyyatın rahat sistemindən istifadə etməklə getmək olar. Bununla belə, Bazel ölkə və dünya üçün əhəmiyyəti baxımından daha böyük şəhərləri geridə qoya bilər. Hər il burada “Art Basel” - iri beynəlxalq incəsənət sərgisi və “Baselworld” - saatların və zərgərlik məmulatlarının ən çağdaş sərgisi keçirilir. Şəhər İsveçrənin əczaçılıq və kimya sənayelərinin mərkəzi hesab edilir. Bazeldə 12 “Pritsker” mükafatına (“Pritzker Architecture Prize”) layiq görülən binanın tikintisi faktı isə şəhərə memarlıq mərkəzi adını da qazandırır.

İndi isə bütün bunlar barədə təfərrüatı ilə!

Vasilisk, Reyn suları və Şpalentor

Bizim “airBaltic” aviaşirkətinin reysi ilə Riqadan Sürixə uçuşumuz 2,5 saat sürdü. Nəzərinizə çatdıraq ki, Bazelin öz aeroportu var, lakin o, Fransa ərazisində, Müluz şəhərciyinin yaxınlığında yerləşir. Bu, dünyada yeganə aeroportdur ki, iki dövlət tərəfindən birgə idarə olunur. Əlavə olaraq, bu hava limanı yaxınlıqdakı Frayburq (Almaniya) şəhərinə də xidmət göstərir. Bu, üç ölkənin yolayrıcında yerləşən Bazelin böyük üstünlüklərindən biridir. Buradan qonşu ölkələrə və şəhərlərə səyahət etmək çox rahatdır. 

Beləliklə, biz Sürix aeroportunda baqajımızı gözləyirik. Buna çox vaxtımız getmədi, çünki “biznes-klass” sərnişinlərinin çamadanlarına “Priority” birkaları taxılır ki, bunun da sayəsində əşyaları digərlərinə nisbətən daha tez götürmək mümkündür. Yeri gəlmişkən, onu da öyrəndik ki, “airBaltic” ev heyvanları ilə səyahət etməyi xoşlayanlar arasında populyar aviaşirkətdir. Təkcə cari ilin yanvar-avqust aylarında “airBaltic” reysləri ilə 8164 it və pişik daşınıb. Əgər siz məzuniyyətinizi evdə saxladığınız şimpanze və ya pinqvinsiz təsəvvür edə bilmirsinizsə, bu da problem deyil; “kiçik dostlarınızı” baqaj şöbəsində və karqoda mənzilbaşına çatdıracaqlar.

Sürixdən Bazelə qatarla bir saata çatmaq mümkündür. Qatar sərnişinləri birbaşa aeroportdan Bazelin mərkəzinə aparır. İsveçrənin digər şəhərlərində olduğu kimi, Bazeldə də turistlər üçün ictimai nəqliyyat pulsuzdur. Bunun üçün təsdiq olunmuş otel bronunu təqdim etməniz kifayətdir. Yəni, sizə lazım olan tramvayla (Bazeldə ən populyar nəqliyyat növü) ödənişsiz otelinizə gedə bilərsiniz.

Bizim qaldığımız “Basilisk” (tərcümədə “vasilisk” deməkdir) mehmanxanası Köhnə şəhərin yaxınlığında yerləşirdi. Bəzi ehtimallara görə, “Bazel” sözü mifik qanadlı əjdahanın adından götürülüb. Hər halda onun təsvirinə hər yerdə - lövhələrdə, fəvvarələrdə, heykəllərdə və s. rast gəlmək olar. Bazelin üç ölkənin sərhədində yerləşdiyini xatırlayırdıq. Bu səbəbdən şəhərin mərkəzi ilə axan Reyn çayının onu tən yarı böldüyünü öyrənmək bizi heç təəccübləndirmədi. Bir sahildən digərinə keçmək üçün tarixi “Mittlere Brücke” körpüsündən və ya daha ekzotik vasitədən - qayıqdan istifadə etmək olar. Siz soruşa bilərsiniz ki, burada qeyri-adi nə var? Qeyri-adilik ondadır ki, bu qayıq motorsuzdur və avarla idarə olunmur, sadəcə, yalnız çayın öz axını hesabına üzür! Başqa tərəfə üzməməkdən ötrü qayıq çayın üzərindən çəkilmiş buraza bərkidilib. Axın çox güclü olduğundan qayıq digər sahilə 10 dəqiqədən də az müddətə çatır.

Yay aylarında Reyn sahilləri şəhər boyunca çimənlərlə dolu olur. Ona görə ki, çayın suyu büllur kimi şəffaf və təmizdir, burada çoxlu canlı yaşayır. Qayıqdan düşdükdən sonra pilləkənlə Pfaltsa (The Pfalz) qalxırıq. Reynə gözəl mənzərə açılan bu yer şəhərin ən populyar müşahidə meydançalarından biridir. Səmanın yüksəkliyində rəngarəng hava şarları görünür. Bu, Bazeldə tez-tez həyata keçirilən art-layihələrin bir hissəsidir.

Terrasdan sonra Köhnə şəhər özünün ən əsas görməli yerlərindən biri - Bazel kafedral baş kilsəsi ilə başlayır. Onun qırmızı qumdaşından olan divarları, parlaq kirəmitli damı, günəş və mexaniki saatlı iki qülləsi uzaqdan seçilir. Bu məbəd 1019-1500-cü illər arasında olan dövrdə romantik və qotik üslublarda tikilib. Baş kilsənin yerləşdiyi ərazi hazırda populyar görüş yeri olmaqla yanaşı, konsertlərin və tədbirlərin keçirilməsi üçün də tez-tez istifadə edilən məkandır.

Orta əsrlərdə Bazel 1400 yaşı olan, XIX əsrin ortalarınadək özünün müdafiə funksiyalarını yerinə yetirən divarlarla əhatə olunub. Sonra bu divarlar şəhərin böyüməsinə əngəl olduğu üçün dağıdılıb və onlardan yalnız ən gözəl olan üçü qorunub saxlanılıb. Onlardan biri - 40 metr hündürlüyü olan və kvadratşəkilli əsas qülləsi hər iki tərəfdən dəyirmi qüllələrlə əhatə olunmuş Şpalentor (Spalentor) divarı bu gün də şəhər landşaftının bəzəyidir.

Lutsiy Plank, Tenqli fəvvarəsi və Pikasso ilə bağlı əhvalat

Köhnə şəhərin ən valehedici binası yerli qırmızı qumdaşından tikilən, minalı ala-bəzək plitə ilə üzlənmiş və naxışlı fasadı ilə oyuncaq qəsrə bənzəyən Bazel ratuşasıdır (şəhər şurasının binası). 1507-1513-cü illərdə tikilən bina sonralar - XX əsrin əvvəllərinədək dəfələrlə yenidən tikilib. Ratuşanın həyəti gözəlliyinə görə fasaddan geri qalmır. Onun divarları şəkillərlə, keçidləri isə tağlarla bəzədilib. Bütün bu möhtəşəmliyi qədim Roma konsulu, Bazelin (daha dəqiq desək, müasir Bazeldən 20 km aralıda yerləşən Auqusta Raurika şəhərinin) əsasını qoyan Lutsiy Munatsiya Plankın heykəli tamamlayır. 

Əvvəllər olduğu kimi, indi də binada şəhər bələdiyyəsi, həmçinin Bazel-Ştadt kantonunun (İsveçrənin ən kiçik, eyni zamanda, əhalisinin sıx olduğu kanton) hökumət iqamətgahı yerləşir. Ratuşanın yerləşdiyi ərazi “Bazar” adlanır. Ərazidə həqiqətən də piştaxtalar qoyulub və onların üzərində təzə meyvə, tərəvəz və güllər satılır.

Bazelin görməli yerlərindən biri də Tenqli fəvvarəsidir. İsveçrəli heykəltəraş Jan Tenqli 1977-ci ildə bu fəvvarəni bir zamanlar köhnə teatr şirkətinin səhnəsinin olduğu yerdə tikib və o, dərhal şəhər sensasiyasına çevrilib. Bunun səbəbi odur ki, kinetik sənət janrında yaradılan fəvvarədə aşağıgərginlikli cərəyanla işləyən hərəkətverici mexaniki konstruksiyalardan istifadə edilib. Bu daim hərəkətdə olan və suyu ətrafa sıçradan 9 dəmir fiqur nə vaxtsa burada yerləşmiş səhnədə çıxış edən mimlər və aktyorlar kimi, sözün əsl mənasında, biri-biri ilə və tamaşaçılarla oynayır. Hazırda Bazeldə Tenqlinin yaradıcılığına həsr olunmuş muzey fəaliyyət göstərir.

Kreativ və yüksək sənətə Bazelin hər addımında rast gəlmək mümkündür. Təsadüfi deyil ki, şəhərdə hər ilin iyun ayında ən iri incəsənət yarmarkası - “Art Basel” keçirilir. Tədbirin davam etdiyi 3-6 gün ərzində dünyanın müxtəlif yerlərindən təxminən 300-ə yaxın seçilmiş qalereya tamaşaçılara müasir incəsənət nümunələrini təqdim edir. “Art Basel”ə gələn rəssamlar, sənət əsərləri kolleksiyaçıları və tanınmış adamlar şəhəri art-səhnəyə çevirirlər. 1970-ci ildə yaradılan yarmarkanın bünövrəsini qoyanlardan biri adlı-sanlı isveçrəli art-diler və kolleksiyaçı Ernst Beyeler olub. 1997-ci ildə Rixen bələdiyyəsində (Bazelin mərkəzindən 15 dəqiqəlik məsafədə yerləşir) tanınmış italiyalı memar Rentso Piano tərəfindən Beyeler Fondu Muzeyi tikilib. Bu incəsənət mərkəzinin yaradılması sayəsində Beyeler kolleksiyası geniş ictimaiyyət üçün əlçatan olub. Bu muzeyi ziyarət etmək barədə tövsiyələri siz Bazel üzrə hər bir yol bələdçisindən tapa bilərsiniz. Muzey hay-tek üslubundadır ki, onun da yaradıcılarından biri Pianodur. Gözəl parkda, nəhəng ağacların əhatəsində yerləşən muzeyin qarşısında səfalı göl və yaşıl çəmənlik yerləşir. Burada gənc rəssamlar sərbəst şəraitdə naturadan rəsm çəkirlər. Fondun kolleksiyasında Beyelerin incəsənətə baxışlarını əks etdirən 250-dən çox klassik modernizm üslubunda əl işləri var ki, onların arasında Mone, Sezan, Van Qoqdan tutmuş Pikasso, Uorxola və Bekonadək məşhur rəssamların əsərlərini görmək mümkündür. Bununla yanaşı, muzeyin pavilyonlarında Afrika, Okeaniya və Alyaska xalqlarının qəbilə incəsənəti nümunələri də təqdim olunur. Burada müntəzəm olaraq müvəqqəti sərgilər keçirilir. Məsələn, bizim muzeyi ziyarət etdiyimiz dövrdə fransız rəssam Baltyusun əl işləri nümayiş etdirilirdi.

Muzeylər haqqında danışarkən Bazel Bədii Muzeyini (Kunstmuseum Basel) yada salmaq yerinə düşər. İsveçrənin iri muzeylərindən biri olan bu mədəniyyət ocağının kolleksiyasında hazırda 4 minə yaxın rəsm əsəri, heykəl, installyasiya və videoçarxlar, həmçinin 700 illik dövrü əhatə edən 300 min tablo və cizgi elementləri saxlanılır. Bu muzeylə bağlı əhvalat bazelliləri daha yaxşı səciyyələndirir. 1967-ci ildə maliyyə çətinlikləri ilə qarşılaşan kolleksiyaçı Piter Q.Steşelin ona məxsus olan Pikassonun iki əsərini satmaq qərarına gəlir. Əsərlər həmin vaxt Bazel Bədii Muzeyində sərgilənirdi. Bazelin incəsənət həvəskarları bunu eşidər-eşitməz əllərində “Sizə lazım olan hər şey - Pikasso” şüarı ilə küçələrə axışaraq rəsm əsərlərinin alınmasına ianə yığmağa başlayıblar. Xalq referendumu ilə başa çatan aksiya nəticəsində şəhər bu iki əsəri 8,4 milyon İsveçrə frankına əldə etməyə qərar verir. Bu əhvalatdan mütəəssir olan Pablo Pikasso özünün daha 4 əsərini Bazelə bağışlayır və bu hədiyyəni şəhərlilərin fədakarlığına həsr edir. Bu gün Rubens, Rembrandt, Sezan, Qoqen, Van Qoq və digər sənətkarların əsərləri ilə yanaşı, Pikassonun kolleksiyasını da Bazel Bədii Muzeyinin çoxsaylı zallarında görmək mümkündür.

Bazelin rekordları və ya şirin vermişel

Kiçik Bazel şəhəri bir neçə İsveçrə rekorduna malikdir. Belə ki, məhz burada ölkənin digər şəhərlərinə nisbətən daha çox - 40-dək muzey fəaliyyət göstərir. İsveçrədə ən iri zoopark da Bazeldə yerləşir. Burada 600-ə yaxın heyvan növü saxlanılır. Hər il mart-aprel aylarında Bazeldə “Baselworld” - dünyada ən böyük saat və zərgərlik sərgisi keçirilir. Oktyabr-noyabr aylarında isə İsveçrədə saysız-hesabsız stend və əyləncələri olan Payız yarmarkası təşkil edilir. Nəhayət, İsveçrənin ən qədim universiteti də Bazeldə yerləşir. 

Qabaqcıl təfəkkürlə yanaşı, bazellilər öz adət-ənənələrinə, o cümlədən kulinariyaya da hörmətlə yanaşırlar. Bazelin ən məşhur şirniyyatları qozlu və şəkərlənmiş meyvəli, ballı pryaniklər, yumşaq karamel və 100 ildən artıq “Läckerli Huus” yerli qənnadı mağazasında hazırlanan digər ləziz şirniyyatlardır.

Digər qənnadı mağazasında, həmçinin köhnə, 1898-ci ildə əsası qoyulan “Beschle”də biz İsveçrənin bu hissəsi üçün xarakterik olan (Cenevrə regionunda qarşılaşmadığımız) orijinal “Vermişel” pirojnasının dadına baxdıq. Bu desertin əsas tərkib hissəsi şabalıd əzməsidir ki, onu da vermişelə bənzər formada hazırlayırlar. Krem və beze parçaları ilə bəzədilmiş biskvitli səbətin üzərinə “vermişel” tökülür. Şabalıd əzməsi dadına və qatılığına görə Azərbaycanda yağ, un və şəkərdən hazırlanan halvaya daha çox bənzəyir.

Bazeldən sonra yollandığımız Sürixdə bizə “Vermişel” desertinin boşqabda olan variantının dadına baxmaq nəsib oldu. Bu isə artıq bir başqa əhvalatdır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir