ELM VƏ TƏHSİL
BDU-da “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı ilə görüş olub
Bakı, 8 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Avropa, dünya çempionu, “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayevlə görüşüb.
BDU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik A.Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi qayğıdan, idmançılarımızın əldə etdikləri nailiyyətlərdən danışıb, Rəsul Çunayevi “Rio-2016” Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil edərək bürünc medala layiq görülməsi münasibətilə təbrik edib. Bildirilib ki, Rəsul Çunayev dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb, bir çox mötəbər yarışlarda, o cümlədən Avropa oyunlarında, ötən il keçirilən Dünya Çempionatında birincilik əldə edib.
R. Çunayev göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Sonra idmançıya hədiyyə təqdim olunub.