Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi yeni tədris ilinə pandemiyanın tələblərinə uyğun şəkildə hazırlaşıb

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi yeni tədris ilinə pandemiyanın tələblərinə uyğun şəkildə hazırlaşıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Tələbələrimiz yeni tədris ilində fakültənin vizual görkəmindən struktur dəyişikliklərinə qədər, tədris prosesinin keyfiyyətinin hiss olunacaq səviyyədə artmasına, fakültədə aparılan elmi-tədqiqat işlərinin məzmununun yenilənməsinə, eyni zamanda, onların fakültənin sosial həyatında iştirakı, asudə vaxtlarının səmərəli və rəngarəng şəkildə qurulmasına qədər bir sıra yeniliklərin şahidi olacaqlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin dekan əvəzi, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarov deyib.

“Bütün dünyanın bəlasına çevrilmiş COVID-19 pandemiyası səbəbindən Bakı Dövlət Universiteti 2020-2021-ci tədris ilinə məsafədən başladı. Ötən tədris ilinin koronavirus dövrünə təsadüf etdiyi dönəmində universitetdə dərslərin onlayn formada keçirilməsi istiqamətində verilən bütün qərarlar, atılan bütün addımlar özünü doğrultdu. “Microsoft Teams” platforması üzərindən tələbələr onlayn dərslərə cəlb olundu, dərslərin və imtahanların təşkili uğurla həyata keçirildi. Nəticədə universitetdə tədrisin davamlılığı tamamilə təmin edildi. Bu tədris ilində də tələbələrin təhsilə marağının azalmaması və mütəxəssis kimi yetişməsi məqsədilə onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirildi, məsafədən təhsilin keyfiyyətli təşkili üçün hər cür lazımi şərait yaradıldı. Artıq yeni tədris ilinin ikinci həftəsindəyik. Əminəm ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin “milli sərvət” adlandırdığı Bakı Dövlət Universiteti yeni tədris ilində daha böyük nailiyyətlərə imza atacaq. Universitetdə son zamanlar görülən işlərin, həyata keçirilən islahatların və müəyyənləşdirilmiş inkişaf strategiyasının təhlili bunu deməyə tam əsas verir. Yeni tədris ilinə pandemiya dövrünün tələblərinə uyğun ciddi şəkildə hazırlaşmışıq. Artıq dərs prosesinə başlamışıq və kollektiv olaraq universitet rəhbərliyinin tapşırıq və tövsiyələrini əsas tutaraq bu prosesin uğurla həyata keçirilməsi üçün çalışırıq. Yeniliklər barədə onu demək istəyirəm ki, universitetimizdə aparılan islahatlar prosesinə bütün istiqamətlər üzrə artıq fakültəmizdə də başlanılıb. Fakültədə Tələbə Elmi Cəmiyyətinin, Tələbə Həmkarlar Təşkilatının, Tələbə Gənclər Təşkilatının yenidən qurulması, tələbələrin elmi tədqiqat işlərinə cəlb edilməsi, onların ictimai həyatda fəallığının artırılması, fakültənin rəsmi saytının müasir tələblərə uyğun şəkildə qurulması, sahəmiz üzrə tanınmış mütəxəssislərin dərs prosesinə cəlb edilməsi, ustad dərslərinin, karyera günlərinin, uğur hekayələrinin təşkili və s. bu kimi çox ciddi hədəflərimiz var”, - deyə Ə.Cabbarov bildirib.

O qeyd edib ki, bu tədris ilində fakültədə yeni Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasının yaradılmasında məqsəd müasir dövrün tələblərinə və çağırışlarına uyğun olaraq informasiya cəmiyyətinin qurulmasında fəal şəkildə iştirak edəcək, bu prosesə töhfə verəcək modern bilik və bacarıqlara malik kadrların hazırlanmasıdır. Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasında təhsil alan tələbələr kitabxana-informasiya resurslarının qurulması və istifadəsi ilə bağlı xidmətlər göstərilməsi üzrə ixtisaslaşırlar. Bu ixtisasa yiyələnmiş mütəxəssislər respublikanın bütün kitabxana-informasiya müəssisələrində, elmi-texniki, xüsusi, kütləvi informasiya-resurs mərkəzlərində, eyni zamanda, nəşriyyatlarda və mətbuat orqanlarında çalışa bilərlər.

“Təəssüf ki, 2019-cu ilin əvvəlindən başlayan və bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus (COVID-19) infeksiyasının yayılması və bu xəstəliyin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilməsi səbəbi ilə mart ayının 3-dən başlayaraq ənənəvi tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Amma pandemiya dövrünün gətirdiyi çətinliklərə baxmayaraq, BDU öz fəaliyyətini əzmlə davam etdirir, təlim-tədris prosesini yeni dövrün şərtlərinə və reallıqlarına uyğun şəkildə qurur. Bizim fakültə də bu prosesdə fəal şəkildə iştirak edir, bütün imkanlarımızdan istifadə edərək, təlim-tədris prosesinin davam etdirilməsi, tələbələrin dərslərdə iştirakının təmin olunması istiqamətində işlərimizi davam etdiririk, prosesin mahiyyəti, həyata keçirilməsi üsulları ilə bağlı davamlı olaraq professor-müəllim heyətinə və tələbələrimizə maarifləndirici bilgilər veririk. Bu məqamda onu da xüsusi vurğulamaq istəyirəm ki, koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mübarizə tədbirləri bizdə böyük qürur hissi yaradıb. Dövlətimizin vaxtında həyata keçirdiyi tədbirlər nəticəsində, şükürlər olsun ki, bu bəla ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bu xəstəliklə mübarizə məqsədilə qısa müddətdə yeni xəstəxanaların açılmasını, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışını, sosial qayğıya ehtiyacı olan vətəndaşlara maddi yardımların göstərilməsini də dərin rəğbətlə qarşılayırıq”, - deyə alim bildirib.

Onun sözlərinə görə, distant təhsil zamanı fakültədə tələbələrin qiymətləndirilməsi universitet rəhbərliyinin, Elmi şuranın müəyyənləşdirdiyi kriteriyalar əsasında aparılacaq. Bu proses hər zaman olduğu kimi, yenə də tələbəyönümlü olacaq.

İstənilən halda əyani, ənənəvi təhsil formasının daha səmərəli olduğunu vurğulayan Ə.Cabbarov deyib: “Tezliklə pandemiyanın həyatımızdan çıxmasını, yenidən ənənəvi təlim-tədris prosesinə dönməyimizi, həmkarlarımız və əziz tələbələrimizlə doğma universitetimizin auditoriyalarında bir yerdə fəaliyyətimizi davam etdirməyimizi arzu edirəm. İnanıram ki, dövlətimizin həyata keçirdiyi tədbirlərin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xalqla birliyinin nəticəsində bu ağır sınaqdan üzüağ çıxacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır