ELM VƏ TƏHSİL
BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzi Silahlı Qüvvələr Günü münasibətilə musiqili kompozisiya hazırlayıb
Bakı, 26 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzi 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə musiqili kompozisiya hazırlayıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan kompozisiyada mərkəzin solistləri Rəqsanə Əsədovanın və Aslan Əzimzadənin ifasında “Zəfər marşı”, solist Firavan Əlizadənin ifasında “Azərbaycan” mahnısı səsləndirilib.
Qeyd edilib ki, musiqili kompozisiya BDU TV ilə birlikdə hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:01]
Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa
- 08.05.2024 [18:33]