Bədbəxt hadisələr nəticəsində ölən və xəsarət alanlar vardır
Bakı, 25 yanvar (AZƏRTAC). Yanvarın 24-də Yasamal rayonu ərazisində yaşayan Rəfael Yusifov mənzilində dəm qazından zəhərlənərək ölmüşdür.
Elə həmin gün Hacıqabul rayonunun Meyniman kənd sakini Dürdanə Şirəliyeva həblərdən zəhərlənərək dünyasını dəyişmişdir.
Yanvarın 24-də Sumqayıt şəhər sakini Ratmir Əliyev, H.Z.Tağıyev qəsəbə sakini Kamilə Zeynalova, İnşaatçılar qəsəbə sakini Natəvan Baxşəliyeva, yanvarın 25-də isə Sumqayıt şəhər sakini Nəzakət Həsənova, “Qurd Dərəsi” adlandırılan bağlar sahəsində yaşayan Mehriban Həsənova, Ceyranbatan qəsəbə sakini Zaur Nəcəfov, Kəpəz rayon sakini Günay Mərdanova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara yerləşdirilmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]