Bədbəxt hadisələr nəticəsində ölən və xəsarət alanlar vardır
Bakı, 5 fevral (AZƏRTAC). Fevralın 4-də saat 12.40 radələrində Böyük Şor - Bakıxanov Dəmir Yolunun 11-ci kilometrliyində, dəmir yolunun yaxınlığındakı transformatorun üstündə Zəngilan rayon sakini Səhrab Məmmədəliyevin meyiti tapılmışdır.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində S.Məmmədəliyevin elektrik cərəyanı vurmasından öldüyü müəyyənləşmişdir.
Fevralın 4-də Xırdalan şəhər sakini Xaləddin Abbasov dərman həblərindən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir.
Həmin gün Binəqədi rayon sakinləri Gülpəri Nəcəf qızı, Bağdad Nəsirova, Yasamal rayon sakini Dövran Bədəlov isə mənzillərində dəm qazından zəhərlənərək ölmüşlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]