Bədbəxt hadisələr nəticəsində ölən və xəsarət alanlar vardır
Bakı, 14 fevral (AZƏRTAC). Fevralın 13-də Bakı şəhər sakini Fidan Kazımova, Sumqayıt şəhər sakinləri Ramil Hacıyev, Cəmilə Mikayılova, Nəzakət Ağayeva dəm qazından mənzillərində zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişlər.
Elə həmin gün Sabunçu rayonu 2-ci Zabrat qəsəbə sakini Sevinc Teymurova evində qidadan zəhərlənərək dünyasını dəyişmişdir.
Fevralın 13-də Astara rayonunda bədbəxt hadisə baş vermişdir. Güclü külək nəticəsində Vənəşikəş kəndində ağac qırılaraq Səfa Qafarovun üstünə düşmüşdür. Nəticədə S.Qafarov dünyasını dəyişmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]