Bəhreyn İslam Bankında virtual əməkdaş işə başlayıb
Dubay, 1 iyun, AZƏRTAC
Bəhreyndə inteqrasiya olunmuş islam bank xidmətlərinin aparıcı təchizatçısı olan İslam Bankı özünün ilk virtual əməkdaşını işə götürdüyünü elan edib.
AZƏRTAC “tradearabia.com” portalına istinadla xəbər verir ki, Dana adlı virtual əməkdaş maksimum sadə portfel məhsulları və xidmətlərinin yaradılması prosesində yaradıcı texnologiyaların işlənib hazırlanması ilə məşğul olacaq. Bankın bəyanatında deyilir ki, bu, Bəhreyn İslam Bankının müştərilər üçün bank prosedurlarının sadələşdirilməsindən ibarət olan, müştərilərə hər gün asan və rahat tranzaksiya etmək imkanı verən məqsədlərinə cavab verir.
Dana rəqəmsal şəkildə texniki və maliyyə meyilləri haqqında məsləhət və ideyalar verməklə, rəqəmsal platformalarda bankla müştərilərin qarşılıqlı fəaliyyətinin yaxşılaşdırılmasına dəstək göstərməklə, bank məhsulları və xidmətləri haqqında informasiyanın ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]