İDMAN
Belaruslu idmançı Veronika İvanova: Azərbaycan birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edir VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Belarusun CTV kanalına müsahibəsində ölkəni “Bakı-2015” birinci Avropa Oyunlarında təmsil edən qadın güləşçi Veronika İvanova deyib.
Birinci Avropa Oyunlarının 4-cü yarış günündə bürünc medal qazanan güləşçi yarışlarla və Bakı ilə bağlı təəssüratlarını bölüşərək deyib: “Bizə dəstək olan və alqışlayan hər kəsə təşəkkürümü bildirirəm. Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunub. Bu, Azərbaycanın böyük uğurudur. Təşkilatçılara minnətdaram. Bakı çox gözəl şəhərdir. Burada hər şey yüksək səviyyədədir. Birinci Avropa Oyunları idmançıların bacarıqlarını nümayiş etdirmək üçün gözəl imkandır.”