DÜNYA
BELÇİKADA FRANSIZCA DANIŞAN GƏNC FLAMANLAR TƏRƏFİNDƏN MÖHKƏMCƏ ƏZİŞDİRİLMİŞDİR
Paris, 17 iyun (AZƏRTAC). Belçikanın paytaxtı Brüsselin şəhərkənarı kafelərinin birində 21 yaşlı gənc yoldaşı ilə fransızca danışarkən yerli flamanların hücumuna məruz qalmışdır. Qonşu stolda əyləşmiş müştərilərdən biri ona yaxınlaşaraq flamand dilində “ burada yalnız niderland dilində danışırlar” deyərək əlindəki butulkanı gəncin başına vurmuşdur. Flamanla bir stol arxasında əyləşmiş 6 dostu oğlana hucum çəkmiş, ayyaqqabılarını çıxararaq sifətinə zərbələr endirmişlər. Ciddi bədən xəsarəti almış gənc xəstəxanaya yerləşdirilmişdir.
Uç gündən sonra gənc iki dişi sınmış, burnu əzilmiş, alnı şişmiş, dodaqları qançır vəziyyətdə xəstəxananı tərk etmişdir.
Yerli polis hadisə ilə bağlı cinayət işi açmışdır.
Gənc nə üstündə möhkəm əzişdirildiyini başa düşə bilmir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris