SİYASƏT
BƏLƏDİYYƏ SEÇKİLƏRİ AZƏRBAYCAN RESPUBLİKASI SEÇKİ MƏCƏLLƏSİNİN TƏLƏBLƏRİNƏ, BEYNƏLXALQ NORMA VƏ STANDARTLARA UYĞUN KEÇİRİLMİŞDİR
Bakı, 25 dekabr (AZƏRTAC). Dekabrın 23-də Ana Vətən Partiyası Azərbaycanda keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bəyanat yaymışdır.
Bəyanatda qeyd olunur ki, bələdiyyə seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə, beynəlxalq norma və standartlara uyğun keçirilmiş, seçicilərin öz siyasi iradəsini sərbəst şəkildə ifadə etməsi üçün bütün hüquqi imkan və şərait yaradılmışdı. Beləliklə, demokratik şəraitdə keçən bələdiyyə seçkiləri uğurla başa çatmışdır.
Ana Vətən Partiyası bu seçkilərdə 412 namizədlə iştirak etmişdir.