Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Bələdiyyə seçkiləri Naxçıvan Muxtar Respublikasında azad, şəffaf və demokratik şəraitdə keçirildi
Seçki məntəqələrində apardığımız müşahidələr də belə deməyə əsas verir

Naxçıvan, 24 dekabr, Rauf Əliyev, AZƏRTAC

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikasında keçirilən bələdiyyə seçkilərində seçicilərin seçki hüquqlarından istifadə edərək istədikləri namizədlərə səs vermələri üçün zəruri olan bütün şərait yaradılmışdı. Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda insanlara internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirilirdi. Muxtar respublikanın 35 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı.

Sevindirici haldır ki, həmişə olduğu kimi, bələdiyyə seçkilərində də muxtar respublikanın seçiciləri səsvermə prosesində xüsusi fəallıq nümayiş etdirdilər.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, muxtar respublikada 266 min 430 nəfər seçicidən 110 min 392 nəfəri, yəni seçicilərin 41,4 faizi səsvermədə iştirak edib.

Seçki günü muxtar respublikanın şəhər və rayonlarında apardığımız müşahidələr bələdiyyə seçkilərinin azad, şəffaf və demokratik şəraitdə keçirildiyini bir daha təsdiq edir.

Naxçıvan şəhəri

Ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik hadisələrdən biri hesab olunan bələdiyyə seçkiləri tarixən Azərbaycanda siyasi fikrin formalaşdığı əsas mərkəzlərdən biri olan Naxçıvan şəhərində də ruh yüksəkliyi ilə baş tutdu. 4 saylı Naxçıvan şəhər seçki dairəsi dairə seçki komissiyasının məntəqələrində böyük ruh yüksəkliyi hökm sürürdü. Bu seçki dairəsi üzrə 37 məntəqədə 43 min 808 seçici qeydiyyata alınmışdı.

Muxtar respublikanın paytaxtında - Naxçıvan şəhərində seçki prosesinin necə keçirildiyini izləmək, seçicilərin fikirlərini öyrənmək üçün müşahidələrimizə Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yerləşən 9 saylı seçki məntəqəsindən başladıq.

Qaydalara uyğun olaraq, 4-9 saylı məntəqə seçki komissiyasının sədri Məftun Əliyev komissiya üzvləri qarşısında seçki qutularının möhürlənməsini həyata keçirdi. Məntəqədəki şəffaf seçki qutuları ayrı-ayrılıqda möhürləndi. Məntəqədə seçkiyə vaxtında - saatlarımız 8:00-u göstərəndə start verildi. Seçki gününün ilk saatlarından başlayaraq artıq məntəqəyə seçicilərin axını müşahidə edilirdi. Qeyd edək ki, bu məntəqədə 980 nəfər seçici qeydiyyatdadır. Onlardan 19 nəfəri ilk dəfə səs verəcəkdi. Artıq saat 11:00-dək 100-dən artıq seçici səs vermişdi.

Müşahidələrimizi “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında yerləşən 4-17 saylı seçki məntəqəsində davam etdirdik. Məntəqənin yerləşdiyi binaya yaxınlaşarkən burada seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri diqqətimizi cəlb etdi. Getdikcə seçicilərin sayı çoxalır və səs vermək üçün uzun növbə yaranırdı. Vahid Quliyev məntəqədə ilk səs verən insanlardan idi. O, seçki prosesində iştirak etməyi həm də özü üçün mənəvi borc hesab edir. Seçici dedi ki, seçimini edərkən yerli özünüidarəetmə qurumları olan bələdiyyələrdə sakinlərin istək və arzularını yerinə yetirə biləcək namizədlərə səs verib.

Qeyd edək ki, bu məntəqə üzrə seçicilərin sayı 1368 nəfər idi. Onlardan 21 nəfəri ilk dəfə seçkilərdə iştirak edirdi. Məntəqədə quraşdırılan veb-kamera seçkilərin gedişini internet vasitəsilə də izləməyə imkan verirdi. Bu da seçkilərin aşkar şəraitdə şəffaf və demokratik keçirilməsinə imkan yaradırdı.

Ümumilikdə 885 nəfər seçicinin qeydiyyatda olduğu Naxçıvan şəhərindəki 7 nömrəli uşaq bağçasının binasında yerləşən 4-30 saylı seçki məntəqəsində də qələbəliyin şahidi olduq. 15 nəfər gəncin ilk dəfə səs verəcəyi məntəqədə saat 12:30-da seçicilərin təqribən 20 faizi öz səsvermə hüququndan istifadə etmişdi. Yeganə Ağayeva da onlardan biri idi. Y.Ağayeva qeyd etdi ki, komissiya üzvlərinin qanunauyğun fəaliyyəti vətəndaşların sərbəst şəkildə öz iradələrini ifadə etmələrinə və istədikləri namizədlərə demokratik şəraitdə səs vermələrinə şərait yaradır. Onun sözlərinə görə, azad və demokratik seçkilərin keçirilməsinə imkan yaradan mükəmməl seçki qanunvericiliyinin mövcudluğu seçkilərin ədalətli keçirilməsi üçün əsaslı zəmin yaradıb. 30 saylı seçki məntəqəsinə gələn hər kəs bir daha seçicilərin sərbəst şəkildə səs vermələri üçün dövlətimizin yaratdığı şəraiti yüksək qiymətləndirirdi.

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbində yerləşən 4-28 saylı seçki məntəqəsində seçici siyahısında 1489 nəfər seçicinin adı var idi. Məntəqə seçki komissiyasının sədri Rasim Seyidov dedi ki, seçicilərdən 18 nəfəri ilk dəfə səs verir. Saat 13:00-da səs verən seçicilərin sayı artıq 350-yə çatmışdı. İlk dəfə seçki hüququndan istifadə edən Tofiq Seyidov ilə söhbət edirik. Tofiq dedi ki, ilk dəfə səs verdiyi üçün həyəcanlıdır. Onun fikrincə, bələdiyyələr mühüm qurumlardan biridir. Onların fəaliyyəti nəticəsində bələdiyyənin əhatə etdiyi ərazilərdə müsbət yeniliklər nəzərə çarpa bilər. Ona görə də seçkilərdə iştirak edərək layiqli namizədlərə səs vermək lazımdır.

Qeyd edək ki, 4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyasından seçki gününün sonunda - saat 19:00-da aldığımız məlumata görə, dairədə səs verməli olan 43 min 808 seçicidən 18 min 574 nəfəri, yəni 42,4 faizi səsvermə hüququndan istifadə edib.

Şərur rayonu

Bələdiyyə seçkilərində Şərur seçiciləri də aktivlik nümayiş etdirdilər. 2 saylı Şərur seçki dairəsi 53 seçki məntəqəsini əhatə edir. Bu seçki məntəqələrinin 5-də - 2-1, 2-4, 2-5, 2-8, 2-50 saylı məntəqələrdə seçkiləri izləmək üçün veb-kameralar quraşdırılıb. Dairə üzrə 41 min 120 seçici qeydə alınıb ki, onların 1217 nəfəri seçkilərdə ilk dəfə iştirak edir. Bələdiyyə seçkilərindəki seçici fəallığını müşahidə etmək üçün biz də adıçəkilən dairənin bir neçə seçki məntəqəsində olduq.

İlk getdiyimiz ünvan Şərur şəhər dəmiryol vağzalının inzibati binasında yerləşən 2-50 saylı seçki məntəqəsidir. Burada xeyli sayda şəhər sakini səs vermək üçün seçki məntəqəsinin qarşısına gəlmişdi Bu məntəqə üzrə 1110 seçici qeydə alınıb. Seçicilərdən Məhərrəm Novruzov və Eldar Əliyevə yaxınlaşırıq. Məhərrəm Novruzov dedi:

- Düşündük ki, bugünkü ilk vacib işimiz məntəqəyə gəlib səs verməkdir. Ona görə də, bura gəldik. Razıyıq, seçicilər üçün hərtərəfli şərait yaradılıb, hər kəs öz seçimini müstəqil şəkildə edə bilir. Biz də öz namizədlərimizə səs verdik.

2-10 və 2-11 saylı seçki məntəqələri isə rayonun Çomaxtur kəndində yerləşir. Əvvəlcə 2-10 saylı məntəqədə olduq. Bu məntəqədə də seçicilər üçün hərtərəfli şərait yaradılmışdı. 1194 seçicinin səs verəcəyini deyən məntəqə seçki komissiyasının sədri Pərviz Əsədov bunlardan 31 nəfərinin ilk dəfə seçkidə iştirak edən gənclər olduğunu bildirdi. Seçicilərdən 77 yaşlı Məhərrəm Xəlilov layiqli namizədlərə səs verdiyini bildirərək bələdiyyələrin gələcək fəaliyyətlərinə uğurlar arzulamağı da unutmur:

- Arzum budur, dövlətimiz bundan sonra da durmadan inkişaf etsin, daha güclü olsun. Bələdiyyələr də dövlətimizə, vətəndaşlarımıza daha yaxşı xidmət edə bilsinlər. Bizim üçün yaradılmış bu abadlığı, gözəlliyi birlikdə qoruyaq.

Şərur rayonunun Yuxarı Aralıq kəndində yerləşən 2-9 saylı seçki məntəqəsi getdiyimiz növbəti ünvan olur. Bu seçki məntəqəsində də vətəndaşların aktivliyi hiss edilirdi. Məntəqə seçki komissiyasının sədri Fikrət Həsənov kənd sakinlərinin səhər saatlarından başlayaraq səsvermədə iştirak etmək üçün məntəqəyə gəldiklərini deyir. Öyrənirik ki, bu məntəqədə 772 seçici qeydiyyatdadır.

Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsindəyik. Məntəqə seçki komissiyasının sədri Qulu Quliyevin verdiyi məlumata görə, bu məntəqədə 11 bələdiyyə üzvlüyünə 19 nəfər namizəd mübarizə aparır. Ümumi seçici sayı 1218 nəfərdir. Onlardan 32 nəfəri ilk dəfə seçkidə iştirak edir. Bu məntəqədə ən yaşlı seçicilərdən biri ilə görüşmək imkanımız olur. 1927-ci il təvəllüdlü Əli Qəribov bələdiyyə seçkiləri ilə bağlı fikirlərini belə ifadə edir:

- İnsanlarda seçki mədəniyyətinin inkişaf etməsi, seçkilərin bu cür yüksək səviyyədə təşkili məni olduqca məmnun edir. Gördüyünüz kimi, seçki prosesi lazımi səviyyədə aparılır. Mən də azad şəkildə seçimimi edərək layiq bildiyim namizədlərə səs verdim. Digər seçicilərdən Məmməd Kərimov və Vüsal Rzayev də seçkilərin yüksək səviyyədə təşkil olunmasından razılıq etdilər.

Şərur Rayon Uşaq-gənclər şahmat məktəbində isə 2-2 saylı seçki məntəqəsinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdı. Digər məntəqələrdə olduğu kimi, burada da səsverməyə gələn seçicilərin əvvəlcə sol əlinin baş barmağı ultrabənövşəyi lampa ilə yoxlanılır, şəxsiyyəti təsdiq edən sənəd əsasında seçki bülleteni verildikdən sonra həmin əlin baş barmağı şəffaf mürəkkəblə işarələnirdi. Öyrəndik ki, səhər saat 9:35-də artıq məntəqədə 200-dən çox seçici səsvermədə iştirak edib. Seçicilərdən Rafiq Hüseynov, Mehbarə Ələsgərova, Yadulla Həsənov seçkilərin demokratik şəraitdə keçdiyini, işgüzar, çalışqan namizədlərə səs verdiklərini bildirdilər.

Dekabrın 23-ü axşam saatlarında 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının sədri İbrahim Abbasovla əlaqə saxladıq. O, saat 19:00-a qədər seçki məntəqələrində səs vermiş seçici sayları haqqında məlumat verdi: 2 saylı Şərur Seçki Dairəsi üzrə qeydə alınmış 41 min 120 seçicidən 17 min 353 nəfər seçkidə iştirak edib ki, bu da ümumi seçicilərin 42,2 faizini təşkil edir.

Babək rayonu

Dekabrın 23-də 3 saylı Babək-Kəngərli-Naxçıvan, 5 saylı Şahbuz-Babək və 6 saylı Culfa-Babək seçki dairələri dairə seçki komissiyalarının Babək rayonu ərazisindəki məntəqələrində qələbəlik idi. İnsanlar seçki məntəqələrinə üz tutaraq fəallıq göstərir, inandıqları namizədlərə səs verirdilər.

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin 3-42 saylı seçki məntəqəsi Babək qəsəbəsindəki Babək Rayon Mədəniyyət Evində yerləşir. Burada hər bir seçici xoş əhvalla seçki məntəqəsinə daxil olur, şəxsiyyət vəsiqəsini göstərir, seçki bülleteni alıb səsvermə kabinəsinə keçir, istədiyi namizədlərə səs verirdi. Bəzən də məntəqəyə insanlar axınla daxil olurdular. Öyrəndik ki, məntəqə üzrə 1171 seçici var. Məntəqənin yerləşdiyi binanın həyətində bir neçə nəfərlə həmsöhbət olduq. Seçicilərdən Gülçöhrə İbrahimovanın dedi: “Qızımla birlikdə səs verməyə gəlmişəm. Qarşıdakı 5 ildə bizim yerlərdəki problemlərimizin həlli ilə məşğul olacaq özünüidarə orqanlarına üzvlüyə ən layiqli namizədlərə səs verdim”.

Burada səhhətinə görə seçki məntəqəsinə gələ bilməyən seçicilərə də səsvermədə iştirak etmək imkanı yaradılmışdı. Bu məqsədlə seçki məntəqəsində bir daşınan seçki qutusu qoyulmuşdu. 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin 3-42 saylı seçki məntəqəsi üzrə 4 vətəndaş səhhətlərindəki problemlə əlaqədar evlərinə daşınan qutu göndərilməsi üçün məntəqə seçki komissiyasına müraciət etmişdi. Böyük Quruluş Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təmsilçiləri ilə birlikdə evlərə daşınan qutunun aparılması prosesində iştirak etdik. 1928-ci il təvəllüdlü Qurban Hüseynov sərbəst şəkildə səs verdi.

Babək qəsəbə tam orta məktəbinin önündəyik. Burada yerləşən 3-41 saylı seçki məntəqəsi üzrə 1169 seçici var. Onlardan 35 nəfəri ilk dəfə səs verənlərdir. Burada seçki prosesi qanunvericiliyə uyğun aparılırdı. Vətəndaşların hər hansı bir sorğusu məntəqə seçki komissiyasının üzvləri tərəfindən dərhal və yerindəcə həllini tapırdı. Seçici Ənvər Hüseynov deyir: “Bələdiyyələr vətəndaş təşəbbüskarlığının bərqərar edilməsinin mühüm formasıdır, əhalinin yerli problemlərinin həllini təmin edən müstəqil idarəetmə qurumudur. Bu qurum mənsub olduğu dövlətin iqtisadi inkişaf strategiyasına uyğun olaraq, xalqın rifahının yaxşılaşdırılması istiqamətində zəruri fəaliyyət həyata keçirir. Buna görə də çalışdım ki, layiqli namizədlərə səs verim”.

Gənc seçicilərlə də həmsöhbət olduq. Naxçıvan Dövlət Universitetinin magistrantı Zinyət İmanova ilk dəfədir bələdiyyə seçkilərində iştirak etdiyini bildirdi.

Nehrəm kənd 1 nömrəli tam orta məktəbdəki 6-8 saylı seçki məntəqəsində də seçicilərin yüksək əhval-ruhiyyə ilə səsverməyə gəldiyini müşahidə etdik. İnsanlar məktəbin həyətinə axışırdılar. Yerli özünüidarəetmə orqanları olan bələdiyyələrə seçkilər bu məntəqədə də böyük qaynarlıq, seçici fəallığı ilə müşahidə edilirdi.

5 saylı Şahbuz-Babək Seçki dairəsi dairə seçki komissiyasının Babək rayonunun Sirab kəndində yerləşən 5-26 və Cəhri kəndindəki 5-31 saylı seçki məntəqələrində də seçicilər mütəşəkkillik nümayiş etdirirdilər. Məntəqələrdə şəffaflıq hökm sürürdü. Heç bir qanun pozuntusu qeydə alınmamışdı.

Axşam saatlarında əldə etdiyimiz məlumatlara əsasən, seçki dairələrinə məntəqələrdən heç bir şikayət daxil olmamışdı.

Ordubad rayonu

Bələdiyyə seçkiləri günü Ordubad rayonunun mərkəzində və kənd yaşayış məntəqələrində qələbəlik hökm sürürdü. Seçicilərin fəallığı diqqəti çəkirdi. Hiss olunurdu ki, insanlar özlərinin yerli problemlərinin həllində, üzləşdikləri çətinliklərin aradan qaldırılmasında bələdiyyələrin qüvvəsinə inanırlar.

Qeyd edək ki, 7 saylı Ordubad-Culfa seçki dairəsi üzrə 34 min 478 seçici var. Onlar 52 məntəqədə səs verirdilər. Məntəqələrin 45-i Ordubad rayonunda idi. Dairədə bu rayon üzrə 420 nəfər bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmışdı. Onlardan 274 nəfəri ən çox səs toplamalı idi.

Rayon mərkəzində bələdiyyə seçkiləri üçün 6 məntəqədə səs verilirdi. Ordubad şəhəri üzrə namizədliyi qeydə alınmış 20 nəfərin 13-ü seçkilərdə qalib gəlməli idi. Seçkiləri izləmək üçün ilk olaraq yolumuzu Ordubad şəhərindəki şahmat məktəbinin binasında yaradılmış 7-1 saylı seçki məntəqəsindən saldıq. Səsvermə prosesinin təzəcə başlanmasına baxmayaraq, məntəqədə çoxlu seçici var idi. Məntəqə seçki komissiyasının sədri Rəsul Möhsünovdan öyrəndik ki, seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün hərtərəfli şərait yaradılıb, məntəqə lazımi avadanlıqlarla təmin olunub. Burada 1241 nəfər seçici səs verməli idi. Onlardan 25 nəfəri ilk dəfə seçkilərdə iştirak edirdi.

7-2 saylı seçki məntəqəsində də fəallıq gördük. Məntəqə seçki komissiyasının sədri Azər Məmmədov bildirdi ki, komissiya üzvləri dəfələrlə treninqlərdə, seminarlarda iştirak edib, bilik və bacarıqlarını artırıblar. Bu da seçki prosesində özünü göstərir.

1358 seçicinin qeydə alındığı məntəqədə seçici Mübariz İbrahimov ilə həmsöhbət olduq. O vurğuladı ki, ölkəmizin hər yerində olduğu kimi, Ordubad rayonunda da sağlam mənəvi-psixoloji mühit yaradılıb. Ona görə də çox nikbinik. Bunun bir səbəbi də seçkilərdə şəffaflığın təmin olunmasıdır. Mən də bu imkandan istifadə edib istədiyim namizədə səs verdim.

Bu məntəqədə də bütün işlərin Seçki Məcəlləsinə uyğun qurulduğunu digər seçicilər də təsdiq etdilər.

7-25 saylı seçki məntəqəsi Aza kənd tam orta məktəbinin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Əfqan Hüseynov seçkinin şəffaf keçirildiyini və seçicilərin fəallığının yüksək olduğunu bildirdi, bunu vətəndaşlarda yüksək seçki mədəniyyətinin formalaşması ilə izah etdi. Onun sözlərinə görə, burada heç bir qanun pozuntusu müşahidə edilməyib, seçicilərin sərbəst surətdə səs vermələrinə, öz iradələrini ifadə etmələrinə tam şərait yaradılıb. Seçici Hüseyn Süleymanov mətbuat nümayəndəsi olduğumuzu biləndə bizə yaxınlaşdı, öz ürək sözlərini bildirdi: “Seçicilərin seçkilərdə öz vətəndaşlıq borclarını yerinə yetirmələri məni sevindirir. Belə də olmalıdır. Namizədlərin ən layiqlilərinə səs verməklə özümüzə yerli özünüidarəetmə orqanı formalaşdırmaq müstəsna hüququmuzdur”.

Seçkilər başa çatdıqdan sonra 7 saylı Ordubad-Culfa seçki dairəsi dairə seçki komissiyası ilə əlaqə saxladıq. Öyrəndik ki, bu dairə üzrə 13859 seçici seçkilərdə iştirak edib.

                                                                               Culfa rayonu

6 saylı Culfa-Babək seçki dairəsi 44 məntəqəni əhatə edir. Bunlardan 14-ü Babək rayonunda, 25 məntəqə Culfa rayonunda yerləşir. Digər 5 məntəqə isə seçkilərə 5 gün qalmış yaradılan məntəqələrdir. Ümumilikdə, 6 saylı Culfa-Babək seçki dairəsi üzrə 35 min 502 seçici qeydə alınıb ki, bunun 13 min 848 nəfəri Babək, 19 min 593 nəfəri isə Culfa rayonundan olan seçicilərdir. Bu dairə üzrə 307 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb. Onların 202 nəfəri bələdiyyə üzvü seçiləcək. Dairənin Culfa rayonu üzrə qeydə alınmış 272 namizədindən 175-i Culfa rayonundakı bələdiyyələrdə fəaliyyət göstərəcək.

Culfa rayonu ərazisində fəaliyyət göstərən seçki məntəqələri ilə tanışlıq zamanı bələdiyyə seçkilərinə nümunəvi hazırlıq görüldüyünün şahidi olduq.

6 saylı Culfa-Babək seçki dairəsi dairə seçki komissiyasının 6-16 saylı seçki məntəqəsində də mütəşəkkillik müşahidə olunurdu. Bu məntəqə Culfa şəhər 2 nömrəli tam orta məktəbinin binasında yerləşir. Seçicilər heç bir müdaxilə olmadan məntəqəyə yaxınlaşır, istədikləri namizədlərə sərbəst səs verirdilər.

Məntəqə seçki komissiyasının sədri Sərdar Əliyev: “1411 seçicisi olan məntəqəmizdə vətəndaşların tam sərbəst şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb. Seçkinin başladığı ilk saatlardan insanlar məntəqəyə axışırlar. Qeyd edim ki, heç bir qanun pozuntusu müşahidə edilməyib”.

Bir sözlə, səsvermə prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun, şəffaf və demokratik şəraitdə gedirdi. Ən çox diqqəti cəlb edən isə seçicilərin yüksək əhval-ruhiyyədə olması idi. Ona görə də onların ürək sözlərini dinləməyə üstünlük verdik. İlk dəfə səs verən seçici Fəridə Bababəyliyə yaxınlaşdıq. O dedi: “Bu gün hər birimiz üçün əlamətdar bir gündür. Odur ki, seçkidə iştirak edirəm. Hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirir. Çünki bu gün səs verdiyimiz namizədlər 5 il yerli özünüidarəetmə orqanında bizim üzləşdiyimiz çətinliklərin aradan qaldırılmasında köməkçimiz olacaqlar”.

Seçici Vahid Həsənov isə təəssüratını belə ifadə etdi: “Səs verərkən heç bir qanun pozuntusuna rast gəlmədim. Bir seçici kimi məni seçki prosesi də tam qane edir. Artıq elə bir dövrdəyik ki, seçici sərbəst şəkildə, kənardan heç bir müdaxilə olmadan, qutuya öz iradəsini ifadə edən bülleteni atır. Zənnimcə, bu, demokratiya göstəricisi olaraq insan hüquqlarına və onun səsinə hörmətin ən yüksək formasıdır”.

6-21 saylı seçki məntəqəsi Culfa rayonunun Ərəzin kənd tam orta məktəbinin binasında təşkil edilmişdi. Bu məntəqədə də qələbəlik idi. Seçici Bərnuş Qafarov müəllim kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir. Bərnuş müəllim seçki prosesinin çox yüksək səviyyədə keçdiyini qeyd edərək bildirdi ki, insanlar dəstə-dəstə məntəqəyə gələrək öz layiqli namizədlərinə sərbəst şəkildə səs verirlər.

Rayonun Əbrəqunus kənd tam orta məktəbinin binasında yerləşən 6-22 saylı seçki məntəqəsində də seçicilər yüksək fəallıq nümayiş etdirir, hər kəs öz layiqli namizədlərinə səs verirdi.

Səsvermə başa çatdıqdan sonra məlum oldu ki, 6 saylı Culfa Babək seçki dairəsi üzrə 14 min 129 nəfər səs verib. Bu, ümumi seçicilərin 39,8 faizini təşkil edir.

Kəngərli rayonu

Bələdiyyə seçkiləri Kəngərli rayonunda da böyük ruh yüksəkliyi ilə keçirildi. Rayon ərazisində 18 seçki məntəqəsi və ümumilikdə, 19 min 340 nəfər seçici vardır. Seçkilərin gedişini izləmək üçün buraya gələrkən kəngərlililərin dəstə-dəstə bütün şəraitlə təmin olunmuş seçki məntəqələrinə gəldiyinin şahidi olduq.

İlk olaraq üz tutduğumuz rayonun ən böyük yaşayış məntəqəsi Qarabağlar kəndində 3 seçki məntəqəsi var. Kənd mərkəzində yerləşən 3-5 saylı məntəqədə ilk səs verənlərdən olan kənd ağsaqqalı Mirtofiq Seyidov bu seçkilərdə seçiləcək bələdiyyə üzvlərindən daha uğurlu fəaliyyət gözlədiklərini ifadə edib namizədlərə uğurlar arzuladı.

Məntəqə seçki komissiyasının sədri Əhməd Qənbərov bildirdi ki, burada səs vermək üçün 1496 nəfər qeydiyyata alınıb. Onlardan 23 nəfəri ilk dəfə səs verəcəkdir.

3-4 saylı məntəqə Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin binasında yerləşir. Komissiyanın sədri Mənsim Məmmədov bu məntəqədə 1498 seçicinin siyahıya alındığını, onlardan 28 nəfərinin ilk dəfə səs verəcək gənclər olduğunu dedi. Məntəqədə ilk dəfə səs verən 18 yaşlı seçicilər Jalə Səfərova və Səma Məmmədovadan seçki haqqında fikirlərini soruşduqda kənd bələdiyyəsinə seçkilərdə fəal olmaqla öz vətəndaşlıq hüquqlarından istifadə etdiklərini dedilər.

3-6 saylı məntəqə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbinin binasında fəaliyyət göstərirdi. Məntəqə seçki komissiyasının sədri Könül Kətanova bildirdi ki, məntəqədə qeydə alınmış 1499 nəfər seçici bu kənddə 11 nəfər bələdiyyə üzvü üçün 16 namizədə səs verir. Məntəqədə səs verən 81 yaşlı seçici Həsən Allahverdiyev qar yağmasına baxmayaraq, öz səsvermə hüququndan istifadə edirdi.

Kəngərli rayon mərkəzi - Qıvraq qəsəbəsindəki uşaq musiqi məktəbində yerləşən 3-9 saylı seçki məntəqəsinin önündə günortaya yaxın qələbəlik var idi. Seçicilər bu məntəqədə bələdiyyə üzvlüyünə namizəd kimi qeydiyyatdan keçmiş 16 nəfərə səs vermək üçün binanın qarşısına toplaşmışdılar. Məntəqə seçki komissiyasının sədri Əli Vəliyevdən aldığımız məlumata görə, məntəqə üzrə 1161 nəfər seçici qeydiyyatdadır. Məntəqə seçki komissiyasının üzvü Pünhan Həsənov seçkinin tam demokratik şəraitdə keçirildiyini bildirdi.

Eyni fəallıqla Qıvraq qəsəbəsinin mərkəzində yerləşən 3-8 saylı və Kəngərli Rayon Mərkəzi Xəstəxanasında yerləşən 3-17 saylı seçki məntəqələrində də rastlaşdıq. Bu məntəqələrdə Qıvraq bələdiyyəsinə seçiləcək 11 nəfər üçün səsvermə prosesi mütəşəkkilliklə keçirilirdi. 3-7 saylı məntəqədə Azərbaycan Sosial Rifah Partiyasından olan komissiya üzvü Afiyəddin Nəcəfov seçkilərin heç bir qanun pozuntusu olmadan keçdiyini bildirdi.

Kəngərli rayonunun Şahtaxtı kəndinin sakinləri də bələdiyyə seçkilərində fəallıq göstərirdilər. Artıq günorta saatları olmasına baxmayaraq, kənddə təşkil olunmuş seçki məntəqələrinə sakinlərin axını davam edirdi. Kənddəki 3-12 saylı məntəqə seçki komissiyasının sədri Mehman Babayev artıq saat 15:00-da seçicilərin 29 faizinin səs verdiyini bildirdi.

Səsvermə günü Kəngərli rayonunda müşahidə olunan fəallıq bu rayonda da bələdiyyələrin yerli özünüidarəetmədə nə qədər mühüm funksiya daşıdığını deməyə əsas verir.

Şahbuz rayonu

Ölkəmizdə keçirilmiş növbəti bələdiyyə seçkiləri muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da öz mütəşəkkilliyi ilə yadda qaldı. Seçkilərin operativ şəkildə işıqlandırılması məqsədilə gəldiyimiz 5 saylı Şahbuz-Babək seçki dairəsi dairə seçki komissiyasının Şahbuz rayonu ərazisindəki seçki məntəqələrində qələbəlik idi.

Məlumat üçün qeyd edək ki, Şahbuz rayonunda yaradılmış 34 seçki məntəqəsində 17 min 686 seçici qeydə alınıb. Bu qədər seçicinin 378 nəfəri ilk dəfə olaraq səsvermə hüququndan istifadə edirdi. Şahbuz rayonunda yaşı 100-dən yuxarı olan 5 nəfər seçici vardır.

Şahbuz şəhərində yerləşən və 1430 seçicinin qeydə alındığı 5-1 saylı seçki məntəqəsində olduq. Məntəqədə ilk səs verən seçici Vüsal Rzayevə yaxınlaşırıq. O, vətəndaşların qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil şəkildə həll etmək hüququnu və insanların mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, dövlət işlərinin bir hissəsini həyata keçirə biləcək özünüidarə qurumunun üzvlərinə səs verdiyini dedi.

İlk dəfə seçkilərə qatılan gənc Natiqə Musayeva isə dedi: “Yerli özünüidarəetmə azad, demokratik cəmiyyətin ilkin başlanğıcını təşkil edir. Və bu yerli özünüidarə xalq tərəfindən seçilmiş nümayəndələr tərəfindən həyata keçirilir. Nümayəndələr vətəndaşlardan bilavasitə mandat və səlahiyyət alan şəxslərdir. Onlar vətəndaşları təmsil edirlər. Mən də bir vətəndaş kimi məni təmsil edə biləcək bələdiyyə üzvlüyünə namizədlərə səs verdim”.

Şahbuz şəhər sakini Əli Qurbanov bildirdi ki, onun səs verdiyi seçki məntəqəsində bələdiyyə üzvlüyünə 12 nəfərin namizədliyi irəli sürülüb. Mən də tam demokratik şəkildə, qanunauyğun formada seçiləcək 9 bələdiyyə üzvünə səs verdim.

Şahbuz şəhər 2 nömrəli tam orta məktəbinin binasında yerləşən 5-6 saylı seçki məntəqəsində 796 nəfər seçicinin səs verəcəyini, bunlardan 18 nəfərinin ilk dəfə seçkilərdə iştirak edəcəyini öyrəndik.

Rayonun böyük yaşayış məntəqələrindən biri olan Kolanı kəndindəki 5-7 saylı seçki məntəqəsində 1253 nəfərin səs verməsi üçün hər cür şərait yaradılmışdı. 34 nəfərin ilk dəfə iştirak etdiyi bu seçki məntəqəsində seçiləcək 9 nəfər bələdiyyə üzvlüyü yerinə 11 nəfərin namizədliyi irəli sürülüb.

Kükü kəndindəki 5-15 saylı seçki məntəqəsində apardığımız müşahidələr isə ucqar dağ kəndində seçki prosesi üçün yaradıla biləcək ideal şəraitin səviyyəsindən xəbər verirdi.

Şahbuzkənd tam orta məktəbindəki 5-2 saylı seçki məntəqəsi 793 nəfər seçicinin səs verəcəyi məkan idi. Burada 29 nəfər gənc ilk dəfə idi ki, səsvermədə iştirak edirdi. Bu məntəqədə səs verən və kəndin ən yaşlı sakini olan təqaüdçü müəllim Əli Xəlilov dedi: “90 yaşım var, müstəqil ölkəmizdə keçirilən seçkilərin, demək olar ki, hamısında iştirak etmişəm. Ömür vəfa qıldı - dördüncü dəfə keçirilən bələdiyyə seçkilərinin də iştirakçısı oldum. Hər dəfə seçki prosesinin təkmilləşdiyini, insanların öz səsvermə hüquqlarından azad, mütəşəkkil şəkildə istifadə etdiklərini müşahidə edirəm. Mən də onlardan biri kimi kəndimizdə fəaliyyət göstərəcək bələdiyyəyə şəffaf şəraitdə, öz iradəmlə 9 nəfər üzv seçdim”.

5-4 və 5-5 saylı seçki məntəqələrinin yerləşdiyi Sələsüz kənd tam orta məktəbinə də baş çəkdik. Burada da səsvermənin mütəşəkkil keçirildiyini müşahidə etdik.

Məlumat üçün bildirək ki, Şahbuz rayonu üzrə 242 namizəddən 166 nəfəri bələdiyyə üzvü seçiləcəkdi. Seçiləcək bələdiyyə üzvləri Şahbuz rayonundakı 22 bələdiyyədə yerli əhəmiyyətli məsələlərin həllinə çalışacaqlar.

Dairə seçki komissiyasından aldığımız məlumata görə, dekabrın 23-ü saat 19:00-dək dairə üzrə 29 min 682 seçicidən 11 min 872 nəfəri, yəni seçicilərin 40 faizi səs verib.

Sədərək rayonu

Sədərək rayonunda da yerli özünüidarəetmə orqanı olan bələdiyyə seçkilərinə hazırlıq yüksək səviyyədə təşkil edilmişdi. Seçki komissiyası üzvlərinin normal fəaliyyətinə, seçicilərin isə demokratik şəraitdə səs vermələrinə hərtərəfli şərait yaradılmışdı. Bunu 1-1 saylı Heydərabad məntəqə seçki komissiyasının timsalında da müşahidə etmək olardı. Seçki komissiyasının sədri Ramazan Cəfərov bildirdi ki, seçki məntəqəsində 1445 nəfər səsvermə hüquqlu seçici siyahıya alınıb. Onlardan 26 nəfəri ilk dəfə səs verən gənclərdir. Həmin məntəqədə 9 bələdiyyə üzvü seçilməlidir. 13 nəfər namizədin qeydə alındığını bildirən komissiya sədri seçicilərin və bələdiyyə üzvlüyünə namizədlərin hüquqlarının qorunması üçün məntəqə üzvlərinin öz işlərinə məsuliyyətlə yanaşdıqlarını qeyd etdi.

Məntəqənin qarşısında seçici siyahısı vurulmuşdu. Seçicilər öz adlarını asanlıqla siyahıda taparaq sıra nömrələrini öyrənib şəxsiyyət vəsiqələrini təqdim etdikdən və sol əlinin baş barmağı gözəgörünməyən mürəkkəblə işarələndikdən sonra bülleten alıb xüsusi kabinəyə keçərək istədikləri namizədlərə səs verirdilər.

Seçicilərlə söhbət zamanı məlum oldu ki, məntəqədə hamı sərbəst şəkildə, şəffaf şəraitdə səs verir. Seçicilərdən Vətən Əhmədov söhbət zamanı bildirdi ki, ölkəmizdə demokratik ab-havanın olması çox sevindiricidir. Ona görə sevindiricidir ki, hər kəsin istədiyi namizədə səs verməsi üçün hər cür şərait yaradılıb.

İlk dəfə səs verən gənclər də səsvermə hüququndan sərbəst şəkildə istifadə edirdilər. Gənc seçici Ceyran Səfərzadə yerli özünüidarəetmə orqanı olan bələdiyyə seçkilərində istədiyi namizədlərə səs verdiyini bildirdi.

1 saylı Şərur-Sədərək seçki dairəsi dairə seçki komissiyasının Sədərək rayon ərazisində fəaliyyət göstərən 1-2, 1-3, 1-4, 1-5, 1-6 və 1-7 saylı seçki məntəqələrində də yüksək seçici fəallığı müşahidə olunurdu. Sədərək rayonundakı 8 seçki məntəqəsində 255 nəfəri ilk dəfə səs verəcək gənc olmaqla, 10 min 763 seçici qeydə alınıb. Rayon üzrə 29 bələdiyyə üzvlüyünə qarşı 43 nəfərin namizədliyi irəli sürülüb.

1 saylı Şərur-Sədərək seçki dairəsi dairə seçki komissiyasından aldığımız məlumata əsasən, dairə üzrə 37 min 821 seçicidən 16 min 301 nəfər, yəni seçicilərin 43,1 faizi səsvermə hüququndan istifadə edib.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı

bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb