BƏLƏDİYYƏLƏRLƏ BAĞLI MƏSƏLƏ MÜZAKİRƏ OLUNMUŞDUR
Strasburqda Avropa Şurasının yerli maliyyə ekspert komitəsinin növbəti yığıncağı keçirilmişdir. Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini İlqar Fətizadənin də iştirak etdiyi yığıncaqda Avropa Şurasının üzvü olan ölkələrdə bələdiyyələrin özünü idarə formasının təkmilləşdirilməsi, onlara ayrılan büdcənin tənzimlənməsi, büdcənin maliyyə xərclərinə dövlət nəzarəti, inkişaf etmiş Avropa ölkələri bələdiyyə orqanlarının təcrübəsinin yayılması, ilk vaxtlarda onların dövlət tərəfindən maliyyələşdirilməsi məsələləri geniş müzakirə olunmuşdur.
Yığıncaqda iki məruzə dinlənilmiş, bələdiyyə orqanlarının özünü idarə etməsinə dair qanun layihəsindən ətraflı bəhs edilmiş, bələdiyyələrin gələcək inkişafı ilə bağlı nəzəri müddəalar söylənilmişdir və geniş fikir mübadiləsi aparılmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]