SİYASƏT
BERLİNDƏ AZƏRBAYCANLI ALİM MƏHƏMMƏD ƏSƏD BƏYİN XATİRƏ LÖVHƏSİ VƏ BÜRÜNCDƏN HAZIRLANMIŞ BARELYEFİNİN AÇILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 12 də Almaniyanın Berlin şəhərinin mərkəzi küçələrindən biri - Fazanenştrassedə dünya şöhrətli azərbaycanlı alim Məhəmməd Əsəd bəyin xatirə lövhəsi və bürüncdən hazırlanmış barelyefinin açılışı olmuşdur.
Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi İnstitutnun təşkilatçılığı ilə keçirilən mərasimdə bu ölkənin dövlət və hökumət üzvləri, kütləvi informasi vasitələrinin, Azərbaycan səfirliyinin və konsulluğunun əməkdaşları, eləcə də digər ölkələrin səfirliklərinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Almaniya Bundestaqının, Xarici İşlər Nazirliyinin üzvləri, Türkiyənin Berlindəki Baş konsulu və digər şəxslər çıxış etmiş, Məhəmməd Əsəd bəyin yaradıcılığından, dünya ədəbiyyatına verdiyi töhfələrdən söz açmış, ədibin əsərlərinin əhəmiyyətindən danışmışlar.