Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BERLİNDƏ BEYNƏLXALQ İNSAN HÜQUQLARI GÜNÜNƏ HƏSR EDİLMİŞ “HƏQİQƏT BARIŞIĞA APARAN YOLDUR” ADLI TƏDBİR KEÇİRİLMİŞDİR

Berlin, 14 dekabr (AZƏRTAC). Berlində Beynəlxalq İnsan Hüquqları gününə həsr olunmuş “Həqiqət barışığa aparan yoldur” adlı “Unudulmuş qurbanlar - Qafqazda yəhudilər və azərbaycanlılar” mövzusunda gecə keçirilmişdir.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşəbbüsü, Avropa Azərbaycanlılar Cəmiyyətinin dəstəyi, Qafqaz-Avropa Mədəniyyət və Elm Cəmiyyəti və Alman-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyətinin iştirakı ilə keçirilmiş tədbirdə Almaniya parlamentinin üzvləri, qeyri-hökumət təşkilatlarının, Berlin yəhudi icmasının nümayəndələri, türk və Azərbaycam diasporunun fəalları, tələbələr, elmi işçilər, jurnalistlər iştirak etmişlər.

Tədbir, məzmunca Beynəlxalq İnsan Hüquqları gününün əhəmiyyəti ilə səsləşən, bir-birilə bağlı bir neçə hissədən ibarət idi. Bu hissələri bir ana xətt birləşdirirdi: Azərbaycanda müxtəlif dövrlərdə erməni millətçilərinin və quldur qruplaşmalarının törətdikləri cinayətlərin açıqlanması, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi kontekstində bir milyondan çox azərbaycanlının insan hüquqlarının tapdalanması, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən qəbul edilməsinə nail olunmadı.

Avropa Parlamentinin üzvü Eduard Lintner Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini tənqid etmiş, Avropanın Dağlıq Qarabağ məsələsinin həllində daha fəal iştirakının vacibliyini etiraf etmişdir.

Beynəlxalq İnsan Hüquqları gününün yaranma tarixindən danışan Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ölkəmizin ermənilər tərəfindən tarixən (Quba, Şamaxı və s.) və yaxın keçmişdə (Xocalı) törədilən cinayətlər haqqında məlumat vermiş, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının barışıq üçün yeganə yol olduğunu diqqətə çatdırmışdır.

Alman-Azərbaycan Forumunun sədr müavini, Potsdam Universitetinin professoru Vilfrid Furman çıxışında ermənilərin Azərbaycana qarşı işğalçı siyasətdən, nəhayət əl çəkməsinin onlar üçün yeganə çıxış yolu olduğunu dərk etmələrinin vacibliyini vurğulamışdır. Ermənilər zəbt etdikləri Azərbaycan torpaqlarının yalnız geri qaytarılması şərtilə barışığa gəlmək məcburiyyətindədirlər.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Şahin Namati-Nasab bir milyon qaçqın və məcburi köçkün soydaşımızın insan hüquqlarının kobud şəkildə pozulduğunu bildirmiş, beynəlxalq insan hüquqları təşkilatlarından Azərbaycan xalqına ədalətli münasibətin gözlənildiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, Avropa və ABŞ parlamentləri Azərbaycana qarşı münasibətdə bəzən ikili standartlar tətbiq edirlər.

Azərbaycanın regionda Avropanın ən önəmli siyasi-iqtisadi tərəfdaşı olduğunu yada salan Şahin Namati-Nasab Avropanın da qarşılıqlı şəkildə etibarlı əməkdaş olmasının arzu edildiyini demişdir.

Avroqafqaz Cəmiyyətinin sədri, Bonn və Berlin universitetlərinin professoru xanım Eva Maria Aux “Azərbaycan yəhudiləri - unudulmuş icma” mövzusunda məruzə edərək tarixən Azərbaycanda məskunlaşmış yəhudilərin indiyədək tam əmin-amanlıqda yaşadıqlarını tarixi faktlarla əsaslandırmışdır. O, Azərbaycanın Quba rayonunda Qafqaz yəhudilərinin azərbaycanlılarla birlikdə yüz illərlə sülh şəraitində yaşayaraq, hər iki xalqın 1918-1919-cu illərdə erməni daşnakları tərəfindən qətlə yetirilməsi haqqında tarixi məlumatlardan və yeni araşdırmaların nəticələrindən danışmışdı. Xanım Aux qeyd etmişdir ki, ötən əsrin 90-cı illərində erməni terrorçuları tərəfindən Azərbaycanda daha bir faciə - Xocalı soyqırımı törədilmişdir.

Tədbirdə siyasi elmlər doktoru, mərhum professor Rövşən Mustafayevin sonuncu - “Ölüm marşları” kitabının təqdimatı olmuşdur.

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva kitabın alman dilində nəşri haqqında məlumat vermişdir. O, 1918-ci il Qubada erməni quldurlarının yəhudi icmasına qarşı törətdiyi vəhşilikləri faktlar və sənədlər əsasında təsvir edərək, erməni terrorundan və ermənilər tərəfindən törədilən cinayətlərdən danışmışdır.

Xocalı hadisələri zamanı beynəlxalq insan hüquqlarının kobud və dəhşətli şəkildə pozulmasından danışan Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova demişdir ki, Avropa ictimaiyyəti bu soyqırımı diqqətsiz qoymuşdur.

Tədbirdə İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” kampaniyasının alman dilində təqdimatı olmuşdur.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Bakıdan gətirilmiş “Ölüm marşları” kitabının nüsxələri, Xocalı faciəsinə və “Xocalıya ədalət” kampaniyasına dair materiallar, Dağlıq Qarabağ problemi və Azərbaycan haqqında nəşrlər nümayiş olunmuş və qonaqlara paylanmışdır.

Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri tədbirin təşkilinə yardım etmişlər.

İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə tədbirin materiallarının kitab şəklində çap edilməsi nəzərdə tutulmuşdur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir