ELM VƏ TƏHSİL
Bern Universitetinin Dünya Ticarət İnstitutu tərəfindən magistratura pilləsi üzrə təqaüd proqramı təklif olunur
Bakı, 14 mart (AZƏRTAC). İsveçrənin Bern Universitetinin Dünya Ticarət İnstitutu tərəfindən beynəlxalq hüquq və iqtisadiyyat üzrə 34 həftəlik magistratura pilləsi üzrə təqaüd proqramı təklif olunur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər bunlardır:
Namizədlər 4 illik bakalavr diplomuna malik olmalı və ingilis dilini sərbəst bilməlidirlər.
Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://www.wti.org/courses/mile/ internet səhifəsindən və Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsindən əldə etmək olar.
Doldurulmuş ərizə forması və digər lazımi sənədlər aprelin 10-dək Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.