DÜNYA
BƏŞƏR ƏSƏD: YAXİN ŞƏRQ İSRAİLƏ GÖRƏ MÜHARİBƏ ASTANASINDADIR
Bakı, 17 iyun ( AZƏRTAC). Suriya Prezidenti Bəşər Əsəd BBC-ə müsahibəsində bildirmişdir ki, Qəzzaya humanitar yük aparan “Azadlıq dananması”na İsrailin hücumu Yaxın Şərqdə müharibə ehtimalını artırmışdır. Onun sözlərinə görə, Suriya regionda silahlı münaqişənin qarşısının alınması üçün bütün lazımi tədbirləri görmüşdür, lakin “müharibə qızışdırıcıları” olan İsrailin indiki administrasiyası dövründə Yaxın Şərqdə sülh razılaşmalarına nail olunması mümkün deyildir.
Bəşər Əsəd demişdir ki, Yaxın Şərq hazırda böyük dəyişikliklər dövrünü yaşayır, regionda vəziyyət son həddə qədər gərginləşmişdir. Türkiyə vətəndaşlığı olan fələstinlilərə rəğbət bəsləyən doqquz nəfərin ölümü ilə nəticələnən “Azadlıq donanması”na hücum İsrail üçün ciddi problemlər yaradacaqdır.
Suriya Prezidenti demişdir ki, baş vermiş hadisə yaxın gələcəkdə sülh prosesinə dair hər hansı şansı heçə endirmişdir.