MƏDƏNİYYƏT
Bəstəkarlar İttifaqında Üzeyir bəy Hacıbəyliyə həsr olunan kitab təqdim ediləcək
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış publisist Səadət Qarabağlının dahi bəstəkar Üzeyir Hacıbəylinin vəfatının 71-ci ildönümünə həsr etdiyi “Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri” adlı kitabının təqdimatı olacaq.
Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Üzeyir Hacıbəyli yaradıcılığına nəzər salınacaq və kitab barədə məruzələr dinləniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [12:45]
Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib
- 06.05.2024 [12:00]
“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”
- 05.05.2024 [07:05]