REGİONLAR
Beyləqanda buğda sahələrində məhsuldarlıq 37 sentnerə yaxındır
Beyləqan, 28 iyun, AZƏRTAC
Beyləqan rayonunun təsərrüfatlarında taxıl biçini davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, biçin kampaniyasına 60-dan çox taxılbiçən kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb edilib. Taxıl biçini əkin sahələri nəzərə alınmaqla, növbəlilik əsasında həyata keçirilir. Hər gün 700-800 hektarda biçin aparılır. Bu günədək 2332 hektarda arpa, 3636 hektarda buğda biçilib, 19 min 526 ton məhsul tədarük edilib. Hər hektarın məhsuldarlığı buğda sahələrində 36,9 sentner, arpa zəmilərində isə 26,1 sentnerdir.
Qeyd edək ki, cari ilin məhsulu üçün Beyləqanda 17 min 230 hektar sahədə taxıl becərilib. Bunun 14 min 863 hektarı buğda, 2367 hektarı arpa zəmiləridir.