ELM VƏ TƏHSİL
Beynəlxalq kitab sərgi-yarmarkasında Hüseyn Cavidin ev-muzeyi öz nəşrləri ilə iştirak edib
Bakı, 18 sentyabr, AZƏRTAC
Bakıda keçirilən IV Beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) AMEA Hüseyn Cavidin ev-muzeyi öz nəşrləri ilə fəal iştirak edib.
Ev-muzeyindən AZƏRTAC-a bildiriblər ki, sərgidə nümayiş etdirilən "Hüseyn Cavid: həyat və sənət yolu" (2006), "Hüseyn Cavid. Əsərləri. 5 cilddə" (2007), "Cavid Hikməti. Seçmə aforizmlər" (2008), "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" (2010), "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid. 10 cilddə" (2011), "Cavidşünaslıq: elmi araşdırmalar toplusu.10 cilddə" (2012), "Heydər Əliyev və Hüseyn Cavid" (2013), "Turan Cavid. Ömür salnaməsi" (2014) və digər kitablar böyük maraq doğurub.
Sərgi-yarmarkanın açılış mərasimində iştirak edən Baş nazirinin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, həmçinin xarici qonaqlar Hüseyn Cavidin ev-muzeyinin təşkil etdiyi stendə xüsusi maraq göstəriblər.
Nazir Ə.Qarayev "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid. 10 cilddə" və "Turan Cavid. Ömür salnaməsi" kitabları ilə yaxından tanış olaraq onları Azərbaycan mədəniyyətinin təbliği istiqamətində böyük bir iş kimi qiymətləndirib.