Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında daha bir uğurlu il

Naxçıvan, 14 yanvar, Rauf Əliyev, AZƏRTAC

Tarixin son beş min ilində Naxçıvan torpağında neçə-neçə sivilizasiyanın izlərini qoyub getmiş insanların çağdaş varisləri bu gün, sözün həqiqi mənasında, qədim diyarda xariqələr yaradırlar. Blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər də belə deməyə əsas verir. Qədim diyarın şanlı tarixinə “Muxtariyyət ili” kimi daxil olan 2014-cü ilin siyasi mənzərəsinə nəzər yetirdikdə isə bir daha aydın olur ki, strateji əhəmiyyətə malik olan Naxçıvanın sosial-iqtisadi, mədəni inkişafı onu həm də beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevirib.

Məlum olduğu kimi, 2014-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam oldu. Bu səbəbdən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü il dekabrın 28-də keçirilən dördüncü çağırış səkkizinci sessiyasında 2014-cü il muxtar respublikada “Muxtariyyət ili” elan olundu. Bununla birlikdə, Azərbaycan Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamı, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il yanvarın 17-də imzaladığı Sərəncam ilə “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dair Tədbirlər Planı”nın təsdiq olunması ötən il muxtar respublikada ictimai-siyasi əhəmiyyətə malik tarixi tədbirlərin keçiriləcəyindən xəbər verirdi.

Təbii ki, bu tədbirlərin zirvə nöqtəsi ötən il aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim idi.

Azərbaycan Prezidenti İlham Əliyev təntənəli mərasimdəki nitqində qədim diyarın tarixi, Naxçıvana muxtariyyətin verilməsinin siyasi əhəmiyyətindən danışaraq dedi: “Naxçıvanın eyni zamanda qədim dövlətçilik tarixi vardır. Qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan idi. Təsadüfi deyil ki, Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Bu, gözəl hadisə idi, tarixi hadisə idi. Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi”.

Azərbaycanın dövlət başçısı yubiley mərasimində muxtar respublikada əldə edilən uğurları belə qiymətləndirdi: “Naxçıvan sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla icra edilir. Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır...”

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı növbəti möhtəşəm tədbir isə ötən il iyulun 4-5-də “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda keçirilən Beynəlxalq konfrans oldu. Mötəbər beynəlxalq tədbirdə Azərbaycanın görkəmli alim və tədqiqatçıları, Türkiyə Respublikasından, Rusiya Federasiyasından və Amerika Birləşmiş Ştatlarından elmi-tədqiqat müəssisələrinin, ali təhsil məktəblərinin nümayəndələri, mütəxəssislər iştirak edirdilər.

Beynəlxalq konfransda geniş məzmunlu nitq söyləyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çox mühüm tarixi həqiqətləri ifadə edərək dedi: “Arxiv materialları aydın şəkildə göstərir ki, Naxçıvana muxtariyyət verilməmişdir, əksinə naxçıvanlılar bu muxtariyyəti qazanmışdılar. Naxçıvanın muxtariyyəti ermənilərə qarşı silahlı mübarizə cəbhəsində qazanıldığı kimi, böyük dövlətlərin siyasi oyunlarına qarşı diplomatik mübarizə cəbhəsində də qazanılmışdır”.

Konfransda iştirak edən bütün qonaqlar çıxışlarında Naxçıvanın bugünkü heyrətamiz inkişafı barədə də söz açdılar. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bu fikirləri ümumiləşdirilmiş şəkildə belə ifadə etdi: “Hazırda müasir Naxçıvan dünyaya yeni intibahın nümunəsini göstərir. Burada olduğumuz iki gün ərzində Naxçıvanda gördüyümüz böyük inkişaf insanın qəlbini dağa döndərir. Hava limanından Naxçıvan şəhərinə, oradan da Ağbulaq zirvəsinə qədər uzanan abad yollar və bu yolların ətrafındakı tikinti, quruculuq, əkinçilik, bağçılıq regiondakı sistemli və ardıcıl bir inkişafın göstəriciləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin digər regionları ilə birlikdə Naxçıvan Muxtar Respublikasının da inkişafına göstərdiyi böyük qayğı burada yeni və böyük inkişafa təkan vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə regionda müşahidə olunan ciddi bir intizam, Naxçıvandakı milli ənənələrlə müasirliyin vəhdətindən yaranmış böyük inkişaf hər bir insanda milli iftixar hissi doğurur”.

Yuxarıda qeyd olunduğu kimi, muxtar respublikada infrastruktur layihələrinin uğurla həyata keçirilməsi nəticəsində başda Naxçıvan şəhəri olmaqla, bütün rayon mərkəzlərinin və kəndlərin abadlaşması, bütün sahələr üzrə əhəmiyyətli nailiyyətlərin qazanılması burada yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradıb.

Ötən il mayın 4-dən başlayaraq Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open-2014” Beynəlxalq şahmat festivalının keçirilməsi də bunu sübut edir. Doqquz ölkədən 300-dən artıq şahmatçının Naxçıvana gəlməsi isə festivala göstərilən beynəlxalq marağın göstəricisi idi.

Keçən il Naxçıvan daha bir əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etdi. Oktyabrın 24-də Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü toplantısı keçirildi. Biznes forumda çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rıfat Hisarcıklıoğlu, Qazaxıstan Beynəlxalq Ticarət Palatası idarə heyəti sədrinin müavini Abdulla Kundakbayev, Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev qeyd etdilər ki, Naxçıvan Azərbaycan, Türkiyə və ümumilikdə bütün türk dünyası üçün çox mühüm strateji əhəmiyyətə malik bir məkandır. Dəfələrlə bildirildi ki, 23 il blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikanın sürətli inkişafı, tərəqqisi, gündən-günə gözəlləşməsi türkdilli xalqların nümayəndələri tərəfindən rəğbətlə qarşılanır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumunun iştirakçılarının görüşündə bu mötəbər tədbirin qədim türk torpağı olan Naxçıvanda keçirilməsinin mühüm əhəmiyyətə malik olduğu qeyd edildi.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov və Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rıfat Hisarcıklıoğlu forumun yüksək səviyyədə təşkilinə görə qonaqlar adından minnətdarlıq etdilər. Onlar muxtar respublikanın 90 illik yubileyi çərçivəsində keçirilən bu tədbirin əhəmiyyətini bir daha vurğulayaraq, Naxçıvanın dinamik inkişafının məmnunluq doğurduğunu bildirdilər.

Naxçıvanda “Muxtariyyət ili” artıq geridə qalıb. Bu il əldə olunan nəticələr, qazanılan uğurlar 2014-cü ilin dekabrın 27-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında bir daha qeyd olunub. Sessiyada çıxış edən Ali Məclisin Sədri deyib: “Muxtariyyət ili”ndə əldə olunmuş nəticələr sosial-iqtisadi inkişafa davamlı xarakter vermişdir. Qəbul olunmuş mühüm Dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın çoxşaxəli inkişafına, məşğulluğun artırılmasına nail olunmuş və bu inkişafın davamlı olması məqsədilə 2014-cü il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən 3-cü Dövlət Proqramı qəbul olunmuşdur. Bütün bunlar muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, makroiqtisadi dinamikanın qorunub saxlanmasına səbəb olmuşdur”.

Bütün bunlar bir daha belə deməyə əsas verir ki, bu gün sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikası özünün intibah dövrünü yaşayır. Dünyanın heç bir yerində blokada şəraitində yaşayan bir məkan bu dərəcədə sürətli iqtisadi yüksəlişə nail ola bilməyib. Məhz bu yüksəlişin nəticəsində Naxçıvan həm də mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı

bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır