CƏMİYYƏT
Biləsuvar və Neftçala rayonlarında maarifləndirmə tədbirləri keçirilib
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də Biləsuvar və Neftçala rayonlarında maarifləndirmə tədbirləri keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi, Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH), rayon təhsil şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Biləsuvarda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" mövzusunda keçirilən tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, Biləsuvar şəhər Peşə Liseyinin direktoru Əliheydər Əlifli, RİH-nin məsul əməkdaşı Məhərrəm Qurbanov və gənclər iştirak ediblər.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, Neftçala rayonunda “İslamda insan həyatının dəyəri” mövzusunda keçirilən tədbirdə isə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov, Neftçala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Fərid Əhmədov, müəllimlər və mədəniyyət işçiləri iştirak ediblər.
Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda mövzuların aktuallığından bəhs ediblər. Dinin siyasiləşdirilməsinin milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid olduğu da diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.