CƏMİYYƏT
Binə qəsəbəsində evlərdən ümumilikdə 20 min manatda çox oğurluq edən şəxs yaxalanıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Binə qəsəbəsindəki evlərin birindən 7100 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Səfərov Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun barəsində aparılmış tədbirlər nəticəsində həmin şəxsin Suraxanı rayonu ərazisindəki iki evdən 1950 manat pul və 13 min 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.