BİNƏ TİCARƏT YARMARKASINDA YANĞINBAŞ VERMİŞDİR
İyulun 16-da, saat 18.14-də Əzizbəyov rayonu ərazisində yerləşən Binə ticarət yarmarkasında yanğın baş verməsi barədə Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə məlumat daxil olmuşdur. Daxili İşlər Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, hadisə yerinə dərhal yanğın təhlükəsizliyi komandası göndərilmişdir. Sonradan yanğının güclənməsi ilə əlaqədar onun söndürülməsinə 25 yanğın avtomobili və bölmələr cəlb edilmişdir. Təxminən 1000 kvadratmetr sahəyə yayılmış yanğının lokallaşdırılması saat 22.00-a olan vaxtadək mümkün olmamışdır. Yanğının qarşısının alınması üçün əlavə qüvvələr cəlb edilməklə bütün zəruri tədbirlər görülür. Hadisə zamanı bir neçə əməkdaş bədən xəsarəti almışdır. İnsan tələfatı yoxdur.