Binəqədidə baş vermiş yanğından bir nəfər xəsarət almışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də gecə saatlarında Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli mağazada yanğın baş vermiş, partlayış olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nəticədə mağazanın 1-ci mərtəbəsinin yanar hissələri 15 kvadratmetr sahədə yanmış, 1-ci və 2-ci mərtəbələrdə pəncərə çərçivələri dağılmışdır. Hadisə zamanı mağazada olan 1 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdir.
Yanğın saat 9:06-da söndürülmüşdür.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]