ELM VƏ TƏHSİL
Biofizika İnstitutu “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında təmsil olunacaq
Bakı, 17 mart, AZƏRTAC
Biofizika İnstitutu “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına Milli Onkologiya Mərkəzi ilə birgə işlənib-hazırlanan texnologiya təqdim edəcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib. Bildirilib ki, texnologiya süni intellektə əsaslanır və ağciyər xərçənginin təyinində insanın qan plazmasından istifadəni nəzərdə tutur. Bu metod vasitəsilə 90 faiz dəqiqliklə nəticə əldə olunur.
Xatırladaq ki, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun sədrliyi ilə AMEA-nın elmi müəssisələrinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə iştirakı məsələsinə həsr olunan onlayn müşavirə keçirilib.