Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Bir neçə saata dağıdılan “Ohanyan xətti” və uğurlu Füzuli əməliyyatı – Qəhrəman Azərbaycan əsgəri danışır FOTO VİDEO

Füzuli şəhərinin işğaldan azad olunmasından bir il ötür

Füzuli, 17 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

1993-cü ilin 23 avqustu. Bir vaxtlar bu tarix Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

AZƏRTAC-ın bölgə müxbiri işğaldan azad edilən Füzuli şəhərində olub, Füzuli əməliyyatının bəzi məqamlarını, düşmənin bir vaxtlar öyündüyü “Ohanyan xətti”nin bir neçə saat ərzində necə darmadağın edildiyini qəhrəman Azərbaycan əsgərindən dinləyib.

Xüsusi təyinatlı bölmənin giziri, Vətən müharibəsinin qazisi Asim Əliyevlə işğaldan azad edilən Füzuli torpaqlarına səfərimiz ötən ilin bu günlərində Azərbaycan Ordusunun qarış-qarış irəlilədiyi Zəfər yolundan başlayır. Yolun girişindəki “İşğaldan azad edilən ərazilər” yazılmış lövhəni oxuyanda qürur dolu hisslər keçirirəm. Keçmiş təmas xətti olduğu üçün düşmən bu yerlərə minlərlə mina basdırıb. Yolboyu bu barədə məlumatverici lövhələrlə rastlaşırıq. Həmçinin ermənilərin “Ohanyan xətti” adlandırdıqları müdafiə xətti boyu uzanan beton dirəklər, Azərbaycan tanklarına maneə yaratmaq üçün qazdıqları çuxurlar da görünür. Ermənilərin öyündüyü “Ohanyan xətti”ni Azərbaycan əsgəri elə döyüşlərin ilk günündə bir neçə saat içində darmadağın edib. Bu barədə qazi Asim Əliyev ətraflı danışır. İlk günlərdən döyüşlərdə iştirak edən Asim üç dəfə yaralanmasına baxmayaraq yoldaşlarını tək qoymayıb, düşmənə qəhrəman Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərib.

Alxanlı kəndi ərazisindən keçərkən vaxtilə erməni hərbçilərinin mövqeləri olmuş yeri göstərən Vətən müharibəsinin qazisi deyir: “Düşmənin ən güclü müdafiə xətti adlandırdığı “Ohanyan xətti”nin olduğu yerdəyik. Müdafiə xətti 3 mərhələdən ibarət idi. Ordumuz Füzuli əməliyyatına buradan başlayıb. Düşmən müdafiə xəttində beton sədlərdən, məftilli xətlərdən əlavə, mina sahəsi də yaratmışdı. Yəni, Azərbaycan əsgəri həm beton sədləri, həm məftil xətlərini, həm də minalanmış ərazini keçməli idi. Həmçinin zirehli texnikaların hərəkətini mane olmaq üçün enli çuxurlar da qazılmışdı. Buna baxmayaraq, bu maneələri darmadağın edərək “Ohanyan xətti”ni keçdik”.

Füzuli şəhərinin mərkəzinə doğru irəlilədikcə yolumuz ən gərgin döyüşlərin getdiyi Seyidəhmədli Qorqan ərazisindən keçir. Ermənilərin yeraltı bunkeri, ətrafdakı müdafiə-istehkam maneələri görünür. Düşmən burada kamera postları quraşdıraraq ətrafı müşahidə edirdi. “Ohanyan xətti”nin əsas tərkib hissəsi olan bu müdafiə ərazisindən indi geriyə qalan Azərbaycan əsgərinin məhv etdiyi texnikaların qalığı və boş bunkerlərdir. “Bu yerlər düşmənin yaratdığı sektorlardır. Oradan bizim əsgərləri hədəf alırdılar. Bunkerin alt hissəsi dəmir çənlərdən hazırlanıb. Ermənilər bu yerləri alınmaz qala adlandırırdılar. Bu əraziyə kiçik qruplarla hücumlar təşkil edildi. Vallar üzərindən körpü ataraq istehkam xəttini dağıtdıq, xeyli düşmən hərbçisini məhv etdik, sağ qalanlar da qaçmağa başladılar. Tank əleyhinə batareyalarımız da burada öz şücaətlərini göstərdilər. Bu gördüyünüz vurulmuş texnikalar onların əl işləridir”, - deyə Asim söyləyir.

Vurulmuş erməni tankları, BTR-ləri, digər texnikaları ətrafa səpələnib. Zəfər yolunun Füzuli şəhərindən keçən hissəsinə çatırıq. Erməni vəhşiliyindən geri qalan dağıntılar qəlbimizi sızlatsa da, həmin dağıntılar arasında aparılan işlər tezliklə Füzuli rayonunun yenidən qurulacağından, doğma sakinlərini qarşılayacağından xəbər verir.

Asim deyir ki, Cəbrayıl və Hadrut azad olunduqdan sonra Füzulidə yerləşən düşmən qüvvələri mühasirəyə düşmüşdü. Azərbaycan Ordusunun növbəti hədəfi isə Füzuli şəhəri idi. “Ohanyan xətti” yarıldıqdan sonra Alxanlıdan hücuma keçən əsgərlərimiz ağır döyüşlərdə Füzulini düşməndən təmizlədi.

Füzuli şəhərindən sonra Asimin də tərkibində olduğu xüsusi təyinatlı bölmənin azad etdiyi digər ərazilərə doğru yola çıxırıq. Bu yerlər bir il öncə düşmənin əlində idi. Füzulinin ilk azad edilən kəndlərindən birinə - Kənd Horadizə çatırıq. Burada dayanmaq istəsək də Asim avtomobili saxlamamağımızı xahiş edir. Bu isə səbəbsiz deyildi. Çünki bu yerdə onun döyüş yoldaşları şəhid olub. Hər qarışda onların xatirəsi var...

Vətən müharibəsi qazisi Kənd Horadiz istiqamətində uğurlu hücum əməliyyatından da danışır: “Öncə Yastı Təpə deyilən ərazini, sonra buradakı türbəni və digər hakim yüksəkliyi nəzarətə götürdük. Məqsəd ərazini tam nəzarətə almaq idi. Dörd Çinar ərazisində gərgin döyüşlərimiz oldu. Vətən Müharibəsi Qəhrəmanı, komandirimiz Orxan Əkbərov və digər döyüşçü yoldaşlarımız bu yerlərdə şəhid oldular. Düşmən çoxlu qüvvə ilə bizə əks-hücum etmək istəsə də, ətraf yüksəkliklər bizdə olduğuna görə artilleriyaçılarımız dəqiq atəşlə onları elə texnikaları ilə birlikdə məhv etdilər”.

Qazi deyir ki, Vətən çağıranda heç nə düşünmürsən. Çünki Vətənimiz bizim anamızdır. “Biz xoşbəxt gənclərik ki, Vətən müharibəsində iştirak etdik. Bu münaqişəni gələcək nəsillərə saxlamadıq. Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, ordumuzun rəşadəti sayəsində torpaqlarımızı azad etdik”, - deyə qürurla söyləyir.

Füzuli rayonunun azad olunmuş torpaqlarını qarış-qarış gəzdikcə bir daha əmin olursan ki, burada böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən ağır döyüşlər gedib. Dövlətimizin başçısının dediyi kimi, vaxt keçəcək bu döyüşlər haqqında kitablar, əsərlər yazılacaq. Düşmən 30 il ərzində təmas xəttində möhkəm istehkam qurmuşdu. Bəzi hərbi mütəxəssislər hesab edirdilər ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ bu da böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi.

Düşmən ötən illərdə Füzuli şəhərini elə günə salıb ki, ondan əsər-əlamət qalmayıb. Bir dənə də salamat bina yoxdur. Bütün binalar, evlər sökülüb, dini abidələrimiz dağıdılıb, hər şey talan edilib. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. İndi bu yerlərdə olan hər kəs erməni faşizmi barədə elə Füzuli şəhərinin qalıqlarının özündən məlumat alır. Nə qədər ürəkdağlayan görüntülərlə üz-üzə qalsaq da, 30 ildən sonra yenidən sevinirik. Çünki Füzuli azad edilib.

Artıq Füzuli rayonunda tikinti-quruculuq işlərinə start verilib, beynəlxalq hava limanı tikilib, yeni yollar çəkilir. Bu yerlərə həyat qayıdır. Vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində olduğu kimi, ötən il azad olunan torpaqlarımız da gözəl məkana çevriləcək.

Vaxt gələcək Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. 17 oktyabr tarixi isə nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq.

Bir neçə saata dağıdılan “Ohanyan xətti” və uğurlu Füzuli əməliyyatı –  Qəhrəman Azərbaycan əsgəri danışır FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr edilmiş Karyera Festivalı başlanıb

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO

“Don Rafael Trombonçu” yenidən səhnədə

® “Rabitəbank” ABŞ-ın “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib

Düşündürən sadə həqiqətlər

Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb VİDEO

Mingəçevir “Prezident Kuboku-2024” beynəlxalq reqatasına hazırdır

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər

Bu gün Beynəlxalq Caz Günüdür

Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

DİN: Ötən gün 43 cinayətin açılması təmin olunub

Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb

Kolumbiyada helikopter qəzasında doqquz hərbçi ölüb

Azərbaycan nefti ucuzlaşıb

İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb YENİLƏNİB VİDEO

Dünyanın mədəni tərəqqisinə Azərbaycanın dəyərli töhfələri TƏHLİL

Bakı, sabahın xeyir! - FOTOREPORTAJ

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb

Şəmkirdə minik avtomobili arakəsməyə çırpılıb, sürücü ölüb

Azərbaycan gimnastı: Qazandığım medal Azərbaycan üçün tarixi məqamdır

Laçın sakini: İgid oğullarımız qəhrəmanlıq tariximizdə həmişə yaşayacaq

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür

Avropa çempionatında tarixi medal qazanan Azərbaycan gimnastı Vətənə dönüb

Keçmiş məcburi köçkün: Laçına qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Böyük Qayıdış: Laçın rayonuna növbəti köç karvanı yola düşüb VİDEO

Cenevrədə “Minatəmizləməyə Dəstək üzrə Qrup”un iclası keçirilib

Edinburq hersoqu Ukraynaya səfər edib

Tülkü bəzi xalqlarda ev heyvanı olub

Almaniyada yetkinlik yaşına çatmayanlar yoxsulluqdan əziyyət çəkirlər

Burkina-Fasoda Fransa mediasına məhdudiyyət tətbiq edilib

ABŞ-da atışma zamanı 3 zabit həlak olub

Dubayda dünyada ilk robot stüardessa nümayiş olunacaq

İsveçli arxeoloqlar kilsədən 12-ci əsrə aid dəfinə tapıblar

Türkiyədəki aeroportların sayı 61-ə çatdırılacaq

Botsvanada quruyan göllərdə begemotlar məhv olur

Rus Dram Teatrında “Voytsek” tamaşasının premyerası keçirilib