İDMAN
Birinci Avropa Oyunlarının paralimpiya yarışlarında Rusiyanın üç cüdoçusu gücünü sınayacaq
Bakı, 29 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, birinci Avropa Oyunlarında paralimpiyaçı cüdoçular da birincilik uğrunda mübarizə aparacaqlar.
AZƏRTAC xəbər verir ki, yarışda çüdoçular iki - qadınlar 57, kişi atletlər isə 100 kiloqramdan yuxarı çəki dərəcəsində medallar uğrunda yarışacaqlar.
Rusiyanı paralimpiyaçı çüdoçuların yarışlarında 3 idmançı təmsil edəcək. Bunlar Abdulla Kuramaqomedov, Aleksandr Parasyuk (hər ikisi 100 kq-dan yuxarı) və Nataliya Ovçinnikovadır (57 kq).
Azərbaycan da paralimpiyaçı cüdoçuların yarışında 3 idmançı ilə təmsil olunacaq. Yarışda millimizin heyətində qızıl medala əsas iddialı idmançı ikiqat paralimpiya çempionu İlham Zəkiyevdir. Bundan başqa, Səbinə Abdullayeva və Zakir Müslümov da Bakıda tatami üzərinə çıxacaqlar.